“Belə çıxır ki, bu küfr edənlər heç oruc tutmurlar”: Nikol Paşinyan ruhanilərdən əl çəkmir

Baş nazir Nikol Paşinyan erməni apostol kilsəsinə və ruhanilərə qarşı ağıt ifadələr işlətməkdə davam edir. Şənbə günü səhər o, növbəti dəfə Facebook-da ruhanilər haqqında nalayiq ifadələr ehtiva edən yazı dərc etdi. “Mikael Ajapaxyan deyir: “Bu boş-boş danışanlardan biri bir ay qadınsız yaşamağa çalışsın”. Belə çıxır ki, bu küfr edənlər heç oruc da tutmurlar.
Hesab edirəm subaylıq andını pozan bütün ruhanilər ruhani xidmətdən uzaqlaşdırılmalıdır. Başqa variant yoxdur”, - deyə Paşinyan feysbuk səhifəsində yazıb
Surxay Əliyev