Avroparlamentin Kipr deputatı İlham Əliyevin sözlərindən yanıb yaxıldı...

Avropa Parlamentinin Kipri təmsil edən üzvü Geadis Gedin erməni mətbuatına verdiyi müsahibə və müsahibədə səslənən fikirlər bir daha Avropa Parlamentinin və onun Yunan Kiprindən olan üzvünün xalqlara və dövlətlərə yanaşmasında ikili standartlar və qərəzli mövqe dərhal özünü büruzə verir.Belə ki,jurnalistin Kipr məsələsində Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz? –sualına cavab olaraq Geadis Gedin bildirib ki, Azərbaycana gəlincə, onun Kipr məsələsində mövqeyi,deputatın nəzərinə görə guya ciddi problemlər yaradır. Avropa Parlamentinin deputatı həyasızcasına bildirir ki, İlham Əliyevin Türkiyə Kiprinin dövlət kimi tanınmasına dəstəyini artıracağını deməsinə cavab olaraq bu yaxınlarda Avropa qurumlarına şikayət etdim.
Biz bu gün eyni “həll” modeli ilə hərəkət edən Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq görürük. Azərbaycan da Türkiyənin Kiprdə yaratdığı strukturun legitimləşdirilməsi cəhdlərinə şərait yaradır. Bu, açıq şəkildə beynəlxalq hüquqa və insan hüquqlarına ziddir. Türkiyə Azərbaycan vasitəsilə bu qeyri-qanuni quruma legitimlik qazandırmağa çalışır.. Bir sözlə deputatın açıqlamaları başdan-başa qərəzliliyilə diqqət çəkir. Necə olur ki,eyni ərazidə yaşayan yunanların dövlət yaratması Avropa Parlamenti tərəfindən müdafiə edilir,bu qanuni sayılır?.Məhz həmin ərazidə yunanların adada yaşayan türklərə qarşı soyqırıma məruz qalmasının qarşısını almaq məqsədiylə Türkiyənin yardımıyla türklərin dövlət yaratması isə qeyri-qanuni sayılır? Demək ki, Avropa Parlamenti və onun deputatı təcəvüzə məruz qalanı yox,təcavüzkarı müdafiə etməyə üstünlük verir
Surxay Əliyev