“Kilsə Paşinyana mane olan yeganə strukturdur”

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyanın erməni kilsəsi və ruhanilərinə qarşı təhqiramiz yazıları bütün ermənilərin katolikosu II Qareginin İsveçrədəki çıxışına reaksiyadır. Bunu Sputnik Ermənistan-a müsahibəsində politoloq Stepan Danielyan deyib. Məlum olduğu kimi,mayın 29-da hökumətin iclasında Ermənistanın baş naziri kilsələrin vəziyyətini tənqid edərək, onları “zibillə dolu şkaflar” adlandırıb. Ertəsi gün səhər isə o, sosial şəbəkədə Erməni Apostol Kilsəsinə (AAK) və onun yüksək səviyyəli iyerarxlarına ünvanlanmış, kifayət qədər kobud ifadələr işlədib.Daha sonra isə Arxiyepiskoplardan birini cinsi azğınlıqda ittiham edən sərt yazı dərc edib.
Kilsə haqqında daha bir təhqiredici status isə onun həyat yoldaşı Anna Akopyan tərəfindən gəlib.O, patriarxı əsas mafioz, “şkaf”dan qəzəblənənləri isə ölkənin əsas pedofilləri adlandırıb. Bu, ruhanilərin yüksək rütbəli nümayəndələrinin reaksiyasına səbəb olub. Politoloq Stepan Danielyan sözlərinə görə, kilsə bu gün Nikol Paşinyan və komandasının sülh prosesi mövzusunda seçki kampaniyasında növbəti güzəştlərə getməsinə və bununla da “kozır” qazanmasına mane olan yeganə strukturdur.
Surxay Əliyev