“Trampı Kiyevdən daha çox Rusiya ilə münasibətlər maraqlandırır”

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Moskvaya təzyiq etmək istəmir, çünki o,daha çox Rusiya ilə ABŞ arasındakı münasibətlərin yenidən qurulmasında maraqlıdır. Bu barədə adı açıqlanmayan avropalı məmura istinadən “Politico” nəşri yazıb. "Tramp şox güman ki, sülhdən çox Rusiya ilə münasibətləri bərpa etmək istəyir ", - deyə mənbə bildirib. Qəzet hesab edir ki, ABŞ prezidenti bu günə qədər Senatda hətta ikinci dərəcəli anti-Rusiya sanksiyaları haqqında qanun layihəsini dəstəkləməkdən belə çəkinir, çünki bu, Rusiya ilə münasibətləri yenidən qurmaq cəhdinə son qoya bilər.
Surxay Əliyev