Kilsə Paşinyanı lənətləməsə, demək bu cütlüklər keşişlərə düz deyiblər - Pedofil....

Əgər bu gün və ya yaxın bir neçə saat ərzində Erməni Apostol Kilsəsi bu cütlüyü bütün kilsə qanunlarına və nizam-intizamına uyğun olaraq cəzalandırmasa demək ki,Nikol Paşinyan yepiskopa "Get, dayının arvadı ilə cinsi əlaqədə ol" deyəndə,və ya Anna Akopyan yüksək rütbəli din xadimlərinin pedofil olduğuna işarə edəndə onlar haqlıdır ". Bu fikiri Ermənistan parlamentinin deputatı, Naira Zöhrabyan Aysor.am-a müsahibəsində deyib.
Deputat hesab edir ki, "Söhbət konkret yepiskoplardan və ya ayrı-ayrı keşişlərdən getmir. Söhbət bir qurum olaraq bütün Erməni Apostol Kilsəsindən gedir. Bu bizim inancımızı məhv etmək üçün edilir. Bu aydın və şüurlu plandır, onun həyata keçirilməsinə hələ 2018-ci ildə başlanılıb”, - deyə o vurğulayıb. Və erməni deputat nə qədər qəribə də olsa kilsəyə qarşı hücumların Azərbaycanın ruhani liderinin fəaliyyətinin davamı kimi dəyərləndirib və əlavə edib ki, bütün bunlar Eçmiədzini Azərbaycan ərazisi hesab edən Allahşükür Paşazadə fəallaşanda baş verir... Müxalifətin reaksiyası ilə bağlı gözləntilərə gəlincə, Zöhrabyan qeyd edib ki, əgər müxalifət itaətkarcasına oturub 2026-cı il seçkilərini gözləyirsə, mən yalnız bir sözü təkrar edə bilərəm: Nikol Paşinyan hadisəsi başımıza gələn ən ədalətli hadisədir”.
Surxay Əliyev