Müxalifət Paşinyanı çürümüş və üfunətli siyasi cəsədə bənzətdi

Ermənistanda ciddi daxili cəbhələşmə hiss edilir. Bu cəbhənin bir tərəfində fitnə-fəsad,terrorizm yuvası olan Erməni Apostol Kilsəsiylə,revanşizm hissləriylə alışıb yanan müxalifət,digər tərəfdə isə qonşularıyla,o cümlədən Azərbaycanla sülh şəraitində yaşamaq istəyini bəyan edən Paşinyan iqtidarı dayanır.Və tərəflər, xüsusən də müxalifət qarşı tərəfi təhqir edən ən ağır ifadələr işlətməkdə belə çəkinmirlər.
“Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan siyasi meyitdir və meyit vaxtında götürülmədiyindən iylənməyə başlayıb”. Bunu bu gün, mayın 30-da “Mənim şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan baş nazirin Erməni Apostol Kilsəsi haqqında aşağılayıcı səviyyəli fikirlərini şərh edərkən deyib:- “İlk növbədə bu bizim günahımızdır ki, bu siyasi meyit hələ də götürülməyib”, - deyə deputat bildirib.
Surxay Əliyev