Putin Paşinyanı “verbovka” edib - İrəvanda separatçılar üçün meydan açılır...

Mətləb Salahov: “Rusiya Ermənistan siyasətində varlığını sürətlə gücləndirir”
“Bütün zamanlarda Cənubi Qafqazda Rusiyanın vassalı olmuş Ermənistana Moskvada daha çox ehtiyac duyurlar. Xüsusilə Cənubi Qafqazda aktiv siyasi proseslərin getdiyi bir zamanda Rusiya bölgə siyasəti üçün paylayıcı pastarm kimi istifadə etdiyi İrəvanda siyasi mövcudluğunu aktivləşdirmək istəyir.”
Bu fikirləri “Bakı -Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. M.Salahov qeyd edib ki, Azərbaycanın dünya siyasətinin hegemonu statusu qazanan Çin dövləti ilə tərəfdaşlıq müstəvisinə keçdiyi, Avropa ittifaqının enerji təhlükəsizliyi baxımından rəsmi Bakıya ikiəlli sarıldığı bir vaxtda Kremldə Rusiyanın maraqlarını bölgədə yenidən İrəvan vasitəsi ilə dizaayn etməyə qərar veriblər.
“Belə olmsayadı uzun illərdir ki, özünü Qərpərəst göstərən Nikol Paşinyan 9 may paradı üçün qaça-qaça Moskvaya getməzdi. Üstəlik V.Putinin köhnə dostu Robert Köçəryan da bir neçə gün öncə Moskvaya gedib və “Hraparak” nəşrinin yazdığına görə, keçmiş prezident Kremldə V.Putinin xüsusi nümayəndəsi ilə görüşüb. V.Putinin həm N.Paşinyanı, həm də R.Köçəryanı Moskvaya çağırıb müzakirələr aparması Moskvanın Ermənistan siyasətində ciddi planlarından xəbər verir. Mən o qənaətdəyəm ki, artıq Moskva N.Paşinyanı tamamilə “verbovka” edib. Çünki məhz Moskvanın “xeyir duası” ilə artıq İrəvanda separatçıların fəallaşması müşahidə olunur. “Artsax” xəstəliyindən əl çəkməyən ermənilər artıq həyasız fazaya keçiblər. Belə görünür ki, Ermənistan hakimiyyəti tarix boyu olduğu kimi, yenə də Kremlin qanlı tapşırıqları üçün alət olmağa can-başla razılıq verib.”
Namiq Quliyev