Azərbaycanda nə qədər Türkiyə şirkəti fəaliyyət göstərir? - səfir açıqladı

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bəyan edib ki, Azərbaycanda 5 000-dən çox Türkiyə kapitallı şirkət fəaliyyət göstərir. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar hər il artır: "Enerji, nəqliyyat, tikinti, kənd təsərrüfatı, müdafiə sənayesi, texnologiya kimi geniş sahələri əhatə edən layihələr hər iki ölkənin inkişafında ortaq zəmin yaradır".
Mətləb