Katalikos Paşinyanın “şkaf” sözündən bərk qəzəbləndi

Ermənistanda yeni skandal hadisə baş verib. Belə ki, hökumətin son iclası zamanı ölkənin baş naziri növbəti dəfə Erməni Apostol Kilsəsinə hücum edərək, onu “şkaf” adlandırıb. Bunu Erməni Apostol Kilsəsinin Quqark Yeparxiyasının Primatı, yepiskop Hovnan Akopyan deyib. “Bu günlərdə İsveçrədə bütün ermənilərin katolikosu II Qareginin təşəbbüsü ilə qondarma qurum olmuş “ Artsax”ın erməni “mənəvi-mədəni” irsinin qorunub saxlanmasına həsr olunmuş beynəlxalq konfrans keçirilirdi. Bu konfransda “Artsax”ın “mənəvi və mədəni” irsinin qorunub saxlanması, “Artsax” ermənilərinin öz vətənlərinə təhlükəsiz qayıtması, onların azad yaşamaq hüququnun bərpası, həmçinin “məhbusların” dərhal azad edilməsi məsələləri müzakirə olunurdu.
Təbii ki, beynəlxalq miqyaslı konfrans Azərbaycanda böyük narazılıq, hiddət və narahatlıq doğurdu. Elə həmin ərəfədə də ölkənin əsas xaini qəzəblənərək kilsəyə hücuma keçdi”, - deyə Akopyan qeyd edib. Ermənistanın baş naziri deyib ki, Kilsələrimiz şkaflara çevrilib.
Surxay Əiyev