Pentaqon ŞOKDA! - məxfi məlumatları xaricə ötürməyə cəhd etdilər

ABŞ-da şok hadisə baş verib. Belə ki, ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) informasiya texnologiyaları üzrə mütəxəssisi məxfi məlumatları xarici hökumətə ötürməyə cəhd etməkdə ittiham olunaraq saxlanılıb. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Sənəddən məlum olur ki, 28 yaşlı informasiya texnologiyaları mütəxəssisi Neytan Vilas Latç məxfi məlumatlara çıxışı var. O, Virciniya ştatında məxfi məlumatları "xarici dövlətin rəsmi şəxsinə və ya agentinə" ötürməyə cəhd edərkən saxlanılıb. N.Latçın mayın 30-da məhkəmə qarşısına çıxacağı gözlənilir.
Mətləb Salahov