çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Vüqar Rəhimzadə: Azad Laçın Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz dostluğunun rəmzinə çevrildi

Image


Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrinin uğuru inkişafı günümüzün reallıqlarında özünü aydın şəkildə nümayiş etdirir. Bu reallıq da hər zaman xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın digər sahələr kimi, xarici siyasətdə də uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimi dəyərləndirilmir. Məhz İkinci Qarabağ müharibəsi kimin haqqın, ədalətin, kimin təcavüzkarın yanında olduğunu bir daha açıqladı. Sübut edildi ki, münasibətlərdə qarşılıqlı etimad mühitinin, səmimi dostluq münasibətlərinin qorunması əsasdır. Dünya 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dostluğu, qardaşlığı bütün dövrlər üçün dünyaya nümunə olan Azərbaycan-Türkiyə, eyni zamanda, Azərbaycan-Pakistan münasibətlərinin əyani nümayişinin bir daha şahidi oldu. Tarixi Zəfərimizdən sonra hər üç ölkənin münasibətlərinin daha yüksələn xətlə inkişafı, əməkdaşlıq formatlarının tərkibinin genişlənməsi, daha dəqiq desək, ikili formatdan üçlüyə doğru inkişaf etməsi özündə bütün məqamları açıqladı. 2021-ci ilin iyun ayında Qarabağın tacı Şuşanın şahidliyi ilə Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı, müttəfiqliyi rəsmiləşdirildi, tarixi Şuşa Bəyannaməsi imzalandı. Bunun ardınca isə həmin ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri səviyyəsində sarsılmaz dostluğun, qardaşlığın əsasını Bakı Bəyannaməsini imzalmaqla təsdiqlədilər. Ötən ilin iyul ayında isə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirildi.

Azərbaycanın Müstəqillik Günündə Şərqi Zəngəzurda, Laçında üç ölkənin liderlərinin Zirvə görüşünün keçirilməsi münasibətlərin gələcək inkişafının aydın mənzərəsini yaratdı. Bu gün Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi beynəlxalq münasibətlər sistemində xüsusi yer tuturlar. Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 2020-ci ildən etibarən yeni mərhələyə qədəm qoyan bu üçtərəfli əməkdaşlıq, siyasi və hərbi koordinasiya ilə yanaşı, humanitar, təhsil və iqtisadi sahələrdə ortaq təşəbbüslərlə zənginləşib. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq, Türkiyə vasitəsilə Avropaya enerji tədarükünü uğurla davam etdirir. Bu əməkdaşlığın əsasını Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Genişlənən enerji əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə isə İğdır-Naxçıvan qaz kəməridir. Bu layihə uzun illər blokada şəraitində yaşamış Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi və sosial inkişafına da töhfə verir. Uzaqgörən siyasi yanaşmanın nəticəsi olan bu kəmər Naxçıvanın təbii qaz təminatında etibarlı alternativ rolunu oynayır və bir mənbədən asılılığın aradan qaldırılmasına şərait yaradır.

Dövlət başçısı İlham Əliyev Laçında keçirilən Zirvə görüşündəki çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində böyük layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik. Çıxışda bu statistik rəqəmlər də açıqlandı ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub. Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan və Pakistan arasında da çoxəsrlik qardaşlıq və dərin mənəvi bağlılıq mövcuddur. Bu mühüm amil onların beynəlxalq səviyyədə bir-birinə dəstəyini daha da gücləndirir. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaş kimi diqqətdə olub. Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq son illərdə daha da genişlənməkdədir. Tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı məqsədilə birgə komissiyalar və işçi qrupları yaradılıb, qarşılıqlı səfərlər və biznes forumlar keçirilib. Nəqliyyat sahəsində birbaşa hava əlaqələri və artan yükdaşıma həcmi də əməkdaşlığın əhəmiyyətli göstəricilərindəndir.

Zirvə görüşündə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif belə bir əminliyi ifadə etdi ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının gələcək inkişafı ilə bağlı onu qeyd etdi ki, mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığımızı institusional səviyyəyə çatdıracağıq. Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirib terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik. Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərək addımlar atmağı hədəfləyirik. Bütün sahələrdə nüfuzlu layihələri həyata keçirməklə üçtərəfli əməkdaşlığımızı daha da yüksək səviyyəyə çatdıracaq və xalqlarımıza yeni nailiyyətlər bəxş edəcəyik.

Milli Məclisin deputatı bildirib ki, hər üç qardaş ölkənin hərbi sahədə də əməkdaşlığı uğurla inkişaf edir. “Üç Qardaş – 2021” beynəlxalq hərbi təlim bu əməkdaşlığın konkret təzahürü olub. Təlimdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirak etməsi tərəflər arasında yüksək etimadın və qarşılıqlı hərbi hazırlığın göstəricisidir. Ümumilikdə Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq yeni geosiyasi reallıqlar fonunda güc mərkəzinə çevrilmək potensialına malikdir. Bu əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir. Qardaşlıq, ortaq tarix və ümumi maraqlara əsaslanan bu format gələcək illərdə siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində daha da dərinləşərək beynəlxalq aləmdə nüfuzlu üçtərəfli bloklardan birinə çevrilə bilər.

Vüqar Rəhimzadə qeyd edib ki, hər üç ölkə beynəlxalq platformalarda və təşkilatlarda da həmrəylik nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Prezident İlham Əliyev Azərbaycanın ötən il D-8 təşkilatına üzv seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və Pakistana bir daha təşəkkür etdi. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var.

Millət vəkili diqqəti, eyni zamanda, Laçında keçirilən 28 May-Müstəqillik Günü ilə bağlı konsertə yönəldərək bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan dövlətinin başçısı İlham Əliyev ilə bərabər bu bayram tədbirlərində iştirakı qardaşlığımızın, dostluğumuzun növbəti nümunəsi oldu. Prezident İlham Əliyevin bayram tədbirindəki çıxışında qeyd etdiyi kimi, bizə göstərilən bu dəstək və həmrəylik dünya miqyasında artıq tamamilə yeni reallıqlar yaratdı. Bizim gücümüz birliyimizdədir. Bu gün üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bizim birliyimizi bir daha göstərir. Belə bir əminlik də ifadə olundu ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ