Ermənistan parlamentinin sədri: "Müharibə olmayacaq, sülh olacaq”

Bizim bazarlarda Azərbaycan malı, onların bazarlarında isə erməni malı görünəcək, əvvəllər olduğu kimi, ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaq, bunu qəbul edin. Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 29-da özünün Telegram kanalında yazıb:- "Başa düşürəm ki, azərbaycanlılar üçün ermənilərin bir gün Bakıya qayıdıb orda yaşamaları ağırdır. Bəs sülh sazişi bağlanandan sonra Türkiyə ilə, Azərbaycanla ticarət etməməliyik? Bəlkə biz də öz tərəfimizdən sərhədləri bağlayaq? Minlərlə erməni Gürcüstanda, Rusiyada və başqa ölkələrdə ticarətlə məşğul olub və indi də bunu edir. Son hadisələr zamanı Qarabağda çoxları həm konyak, həm də su elektrik stansiyalarını satıb.
Yoxsa sizcə, Ermənistan ərazisindən nə nəqliyyat, nə yük, nə qaz, nə də elektrik enerjisi keçməməsi üçün bizi blokadaya salmaq lazım idi? Siz ya çox cahilsiniz, ya zəifliyinizdən kor olmusunuz, ya da sadəcə olaraq düşmənin agentlərisiniz. Serjin,Koçaryanın tör-töküntüləri, siz artıq heç nəyə qərar vermirsiniz və heç nəyə qərar verməyəcəksiniz. Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət aparacaqlar. Müharibə olmayacaq, sülh olacaq”, - deyə Simonyan yazıb.
Surxay Əliyev