“Lavrovun Ermənistana səfəri də Sünikdə konsulluğun açılması məsələsini həll etmədi”

Hökumət dairələrində yayılan məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri də Sünikdə Rusiya konsulluğunun açılması məsələsini həll etməyib. Bu barədə xəbər verən “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır: - "Xatırladaq ki, Rusiya tərəfi 2023-cü ildən bəri Sünikdə konsulluq açmağa çalışır. Bu arada, qeyd edək ki,artıq 2022-ci ildən İranın Kafanda konsulluğu fəaliyyət göstərir, Fransanın isə yaxın günlərdə Gorusda konsulluğu açılacaq.
Rusiya tərəfi isə mayın sonuna kimi konkret razılığın əldə olunacağını bildirsə də, bizim mənbələr bildirir ki,nəyin bahasına olursa olsun konsulluğun açılmasının qarşısı alınacaq. Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat isə açılışın niyə yubanması ilə bağlı suala absurd cavab verib, o, problemin yerli hakimiyyət orqanlarının səlahiyyətində olduğunu, ərazi məsələsinin hələ həll olunmadığını və konsulluq üçün ərazi axtarışının davam etdiyini bildirib”.
Surxay Əliyev