Ərdoğan ABŞ-a gedir? - Hakan Fidandan açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri istisna olunmur. Bu barədə xarici işlər naziri Hakan Fidan Türkiyə mediasına açıqlamasında deyib. XİN rəhbəri qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər etmək imkanı da var.
"Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Donald Trampın Türkiyəyə səfəri də mümkündür. Səfərdən əvvəl onlar Haaqada keçiriləcək NATO sammitində (24-25 iyun) görüşə bilərlər. Onlar tez-tez telefonla danışırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır", - H.Fidan bildirib.
Mətləb Salahov