II Qaregin növbəti dəfə Azərbaycan və Türkiyəyə qarşı həyasızlıq etdi

Bütün ermənilərin katolikosu II Qaregin yenə gül axıtdı.Özü də Berndə Ümumdünya Kilsələr Şurası və İsveçrə Protestant Kilsəsinin təşkilatçılığı ilə “Dini etiqad azadlığı: “Dağlıq Qarabağ”da erməni mənəvi, mədəni və tarixi irsinin qorunması” mövzusunda keçirilən beynəlxalq konfransda. Eçmiədzin mətbuat xidmətindən NEWS.am-a verilən məlumatda deyilir ki, II Qaregin Azərbaycanı öz torpaqları olan keçmiş “Dağlıq Qarabağ”ı “işğal” etməkdə günahlandırandan sonra iddia edib ki, Türkiyənin hərbi dəstəyi ilə Azərbaycan öz ərazisi “Dağlıq Qarabağa” qarşı hücum edərkən erməni xalqı guya “müharibə”, “soyqırım” və “etnik təmizləmə” yaşayıb.Sözdə din xadimi adlanan, əməldə isə şeytan xislətli II Qaregin həyasızcasına xatırladıb ki, 2020 və 2023-cü illərdə hərbi əməliyyatlar nəticəsində Azərbaycan öz ərazisi “Dağlıq Qarabağ”ı “işğal” edib, bütün erməni əhalisini isə guya oradan qovub.Bununla da kifayətlənməyən sözdə din xadimi Ermənistanın da ərazilərinin guya işğal olunduğunu da iddia edib. II Qareginın həyasızlığı o yerə çatıb ki,Azərbaycan xalqına qarşı qeyri-insani cinayətlər,soyqırımlar törədən, Xocalı qatillərini “Dağlıq Qarabağ”ın rəhbərləri adlandıraraq onların Bakıda ədalət məhkəməsi qarşısında durmalarını,mühakimə olunmalarını onların girov saxlanılması kimi dəyərləndirib. Bütün bunlarla kifayətlənməyən Katolikos Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Azərbaycan hakimiyyətinin anti-erməni təbliğatında iştirakını da iddia etməkdən çəkinməyib.
Surxay Əliyev