Ermənistan parlamentinin sədri separtçıların cavabını verdi,ancaq yarımçıq...

Qarabağ təmsilçiləri parlamentə yeni spiker seçdiklərini deyirlər, Azərbaycan prezidenti isə “Qərbi Azərbaycanı quracağını ” deyərək eyni tərzdə onlara cavab verdi Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 27-də jurnalistlərlə söhbətində bildirib. O, əmin edib ki, Ermənistanda “Qərbi Azərbaycan” olmayıb və olmayacaq. "Sadəcə Azərbaycan bizim ona etdiyimizi eynilə özümüzə qaytarır. Mən heç kimin tərəfini saxlamıram, amma deyirəm ki, o,niyə belə edir. Qarabağ nümayəndələri özlərinə yeni prezident seçəndə və bəyanatlar verəndə biz bunu hiss etmirik, lakin Azərbaycanın cavab reaksiyasını müşahidə edirik", - deyə Simonyan qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Ermənistana 300 min azərbaycanlının köçürülməli olduğunu deyir, çünki ermənilər “Dağlıq Qarabağ” əhalisinin “Azərbaycanda yaşamaq üçün” geri qayıtmalı olduğunu deyirlər. “Bəli, Qarabağ erməniləri təhlükəsiz olanda öz evlərinə qayıtmalıdırlar”,deyə Simonyan qeyd edib. Lakin parlamentin spikeri təhlükəsizlik baxımından sülh müqaviləsi imzalanana qədər azərbaycanlıların Ermənistana köçürülməsinin mümkün saymır. " Alen Simonyan əlavə edib ki, siyasi baxımdan o, eskalasiya təhlükəsini görmür. Və bu mövzuda digər sualları Ermənistanın müdafiə naziri Suren Papikyana yönləndirib.
Sonda qeyd edək ki,erməni spiker “Qərbi Azərbaycan ”la separatcıların mövqeyini eyniləşdirərkən faktları təhrif edir.Belə ki, “Qarabağ nümayəndələri” Azərbaycan ərazisinə iddia etdikləri halda “Qərbi Azərbaycan ”ı quracağını bəyan edən Azərbaycan prezidenti İlham Əliyev isə zorla öz yurd-yuvalarından didərgin salınmış 300 min azərbaycanlının vətəninə qayıdışıyla onların pozulmuş hüquqlarını bərpa etməyi hədəfləyir.
Surxay Əliyev