Jean-Noël Barrault: “Ağrı dağının baxışları altında İrəvana endik”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında geniş tərkibdə görüş keçirilib. Görüşdən sonra Mirzoyan və Barro birgə mətbuat konfransı keçiriblər.Çıxışını şairanə cümlələrlə başlayan fransalı nazir deyib ki,“Bir az əvvəl Ağrı dağının baxışları altında İrəvana enəndə düşündük ki, hörmətli Araratın, (xarici işlər naziri – red.), həqiqətən də sizin dəvətinizi qəbul edib İrəvana səfər etməyin vaxtı artıq çatıb”, - deyə Barro bildirib. Fransalı nazir vurğulayıb ki, bu, onun Ermənistana ilk səfəridir və o, bu ölkəyə böyük sevinc hissi ilə gəlib. "Bu səfər mənim üçün sevinclə yanaşı, həm də həyəcanvericidir, çünki bu il biz “Erməni Soyqırımı”nın 110-cu ildönümünü qeyd edirik. Bu həm də qürurla dolu bir sevincdir, çünki ölkələrimiz arasında əlaqələr heç vaxt bu qədər sıx və dərin etimada əsaslanmamışdı", - deyə Barro bildirib. O, həmçinin erməni diasporunun mühüm rolunu da qeyd edib. Fransa xarici işlər naziri əmin edib ki, ölkəsi həm Ermənistanın, həm də “Dağlıq Qarabağ”dan olan “məcburi köçkün”lərin yanında olmaqda davam edir. "Həmçinin müdafiə sektorunda həm mütəxəssislərin hazırlanması, həm də silah təminatı sahəsində əməkdaşlığımızı qeyd etməyi zəruri hesab edirəm. Bütün bunlar Ermənistana öz müdafiəsini və suverenliyini təmin etmək imkanı vermək məqsədi daşıyır", - deyə Barro vurğulayıb. Sonda o, Fransanın Gorusda konsulluq açacağını açıqlayıb.
Surxay Əliyev