İyunun 2-də Gorusda Fransanın konsulluğu açılır, Rusiya isə 3 ildir gözləyir

İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Sünik bölgəsində Fransa konsulluğunun açılış mərasimi keçiriləcək. Bu barədə xəbər verən “Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır:- "Rusiya 2023-cü ildən Sünikdə konsulluq açmağa çalışsa da, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə bu cəhdləri yayındırsa da, Fransanın bir neçə ay əvvəl dilə gətirdiyi istəkləri yaxın günlərdə reallaşacaq. "Qori Frankofonları İttifaqı” ictimai təşkilatının rəhbəri Karmen Apunts artıq konsul kimi Fransanın konsulu təyin ediləcəyini bildirib. Konsulluq Sünikdə sırf hərbi, kəşfiyyat məqsədi daşıyacaq və kollektiv Qərbə xidmət edəcək”, - deyə nəşr qeyd edir.
Surxay Əliyev