Spiker erməniləri azərbaycanlılarla ticarət etməyə səslədi - "özünüzü buna hazırlayın"....

Sülh sazişinin imzalanmasından dərhal sonra Ermənistan və Azərbaycan sakinləri bir-biri ilə ticarətə başlayacaqlar, Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə jurnalistlərlə söhbətində bildirib:- "Qarabağın “blokada”sı zamanı “Artsax” “xalq”ı ilə azərbaycanlılar arasında ticarət olub. Qarabağın bəzi nümayəndələri konyak satıb pul alıblar. Ticarət olmayacaq, divarlar çəkəcəyik, bir-birimizə salam verməyəcəyik illüziyası ilə yaşamağı dayandırın", - deyə Simonyan bildirib və əlavə edib ki, o,ad çəkməyəcək. Simonyan həmçinin vurğulayıb ki, cəmiyyət bu cür dəyişikliklərə hazır olmalıdır.
Surxay Əliyev