Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvada iki günlük səfərdədir. O, ötən gün İstanbulda mayın 16-da keçirilən Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən prezidentin köməkçisi Vladimir Medinski ilə görüşüb. H.Fidanı həmçinin Rusiya Prezidenti Vladimir Putin qəbul edib. Moskvadakı görüşlərdən sonra Türkiyə XİN rəhbəri Ukrayna barədə danışıb. H.Fidan bəyan edib ki, rəsmi Ankara Ukrayna üzrə danışıqların yeni mərhələsinə ev sahibliyi etməyə və münaqişənin həllinə hər cür dəstək göstərməyə hazırdır.
Mətləb Salahov