RBK xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vaşinqton Moskva ilə Kiyev arasında danışıqlara başlamaq üçün “çox böyük səy göstərib” və bu, “həddən artıq emosional yüklənmə” deməkdir. O, ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinin Ukraynadakı hərəkətlərindən narazılığını belə şərh edib. "Əlbəttə ki, Amerika tərəfinin böyük səy göstərdiyi danışıqlar prosesinin başlanması çox mühüm nailiyyətdir. Biz amerikalılara və şəxsən prezident Trampa danışıqlar prosesinin təşkili və başlanmasında göstərdikləri köməyə görə minnətdarıq, - deyə Peskov bildirib. - Eyni zamanda, Putin Rusiyanın təhlükəsizliyini təmin etmək üçün zəruri qərarlar qəbul edir, deyə Peskov vurğulayıb.
Surxay Əliyev