“Ermənistan və Azərbaycan arasında davamlı sülh nəinki mümkündür, həm də əldə edilə bilər”, - Bu fikiri Baş nazir Nikol Paşinyan II Irəvan Dialoqu beynəlxalq forumunda çıxışı zamanı deyib. “Biz sülh gündəliyinə qətiyyətlə və məsuliyyətlə yanaşırıq.Həmçinin vəziyyəti və region xalqlarının taleyini tamamilə dəyişdirəcək sülh müqaviləsi və digər sənədlərin imzalanmasına nail olmaq üzrə Azərbaycanla məsləhətləşmələri davam etdirməyə hazırıq”. Paşinyanın sözlərinə görə, bunun üçün Ermənistan əlindən gələni edəcək. “Bütün təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq və bu, mənə çox aydındır”, - deyə baş nazir əlavə edib.
Surxay Əliyev