“Bizim qiymətləndirməmizə görə, Albaniyada Paşinyan-Əliyev görüşü kifayət qədər konstruktiv keçdi və iki ölkə liderləri sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını bildirdilər”, - bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərlə söhbətində bildirib. "Biz inanırıq ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə danışıqları davam etdirmək mümkün olacaq", - deyə o qeyd edib. Kostanyan vurğulayıb ki, görüşün əhəmiyyəti bir fincan qəhvə formatında deyil, iki ölkə liderləri arasında ümumi sülh gündəliyinin və sazişin bağlanması prosesinin irəliləməsinə yönəlmiş müzakirələrin davam etdirilməsi faktının özüdür.
Surxay Əliyev