çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans işə başlayıb - YENİLƏNİB

Image


Bu gün Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb. Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alır.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub. Daha sonra islamofobiya haqqında qısametrajlı filmin təqdimatı olub. Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, islamofobiya bu dövrün narahatedici reallıqlarından biri və ayrı-seçkiliyin açıq təzahürüdür. Təəssüf ki, bir çox Qərb cəmiyyətində bu ayrı-seçkilik forması artıq normallaşır. Xüsusilə Fransa kimi ölkələrdə sekulyarizmin adı altında müsəlman icmalarının damğalanması ciddi narahatlıq doğurur. Eyni şəkildə Hindistanda dini millətçiliyin yüksəlişi nəticəsində müsəlmanlara qarşı artan təcrid və düşmənçilik müşahidə olunur.

“İslamofobiya qlobal miqyasda artan təhlükəli tendensiyanın tərkib hissəsidir. Bəziləri islamofobiyanı ayrı bir diskriminasiya forması kimi tanıyır, digərləri isə onu antimüsəlman nifrəti və ya dini irqçilik kimi adlandırmağı təklif edir. Mən düzgün terminologiyanın əhəmiyyətini anlayıram və dilin önəmini dərk edirəm. Ancaq inanıram ki, bu fenomenin müxtəlif kontekstlərdəki dərinliyini tam əks etdirəcək tək bir termin yoxdur. Əsas odur ki, islamofobiyanın acı bir reallıq olduğunu və müxtəlif bölgələrdə fərqli formalarda sosial və siyasi sahələrdə getdikcə daha çox yer aldığını qəbul edək. O, birmənalı şəkildə diskriminasiya forması kimi tanınmalıdır. Ancaq bu yolla ona qarşı effektiv mübarizə apara bilərik”, - deyə R.Həsənov vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, nifrət cinayətləri və müsəlman irsinə məxsus abidələrin məhv edilməsi də daxil olmaqla, müsəlman icmalarına qarşı həm dövlət tərəfindən, həm də cəmiyyət daxilində baş verən ayrı-seçkilik halları ilə mübarizə aparmaq üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zərurəti daha da aktuallaşır.

O bildirib ki, Avropada ifrat sağçı siyasi qüvvələrin yüksəlişi İslam ənənələrini məhdudlaşdıran tədbirlərin görülməsinə səbəb olur. Bunu da tez-tez “assimilyasiya” və ya “inteqrasiya”nı təşviq etmək bəhanəsi ilə pərdələməyə çalışırlar. Milli diskurslar getdikcə daha çox müsəlmanları hədəf alan və onların dini kimliyini ekstremizmlə eyniləşdirən populist ritorikanın təsiri altına düşür. Cənubi Asiyada qıcıqlandırıcı ritorika və nifrət cinayətlərinin artması dövlət səviyyəsində təşviq edilən antimüsəlman millətçiliyinin narahatlıq doğuran tendensiyaya çevrildiyini göstərir. Bu tendensiyanı mədəni vahidliyin qorunması narrativləri ilə əsaslandırırlar.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Azərbaycanın dini müxtəlifliyə verdiyi dəyər, multikulturalizm ənənələri və islamofobiyaya qarşı tutduğu prinsipial mövqe bütün dünya üçün nümunəvidir. Şeyxülislamın sözlərinə görə, Prezident İlham Əliyev bu mənəvi irsin qorunmasına və inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə İslam mədəniyyəti və dini azadlıqlar ölkəmizdə daim yüksək səviyyədə dəstəklənib. Prezident İlham Əliyevin İslam dünyasında həmrəylik və əməkdaşlıq istiqamətində atdığı addımlar digər İslam ölkələri üçün nümunə təşkil edir.

“Din adı ilə siyasi məqsədlər güdən, dini dəyərlərdən sui-istifadə edən şəxslərə və qruplara qarşı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi mübarizə aparmaq vacibdir. Bu məsələdə Azərbaycan fəal və prinsipial mövqe tutur. Biz dinlərarası əməkdaşlıq sahəsində nümunəvi təcrübəyə sahibik və bu model dünya üçün də aktuallıq kəsb edir. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün dünyanın bir çox yerində, xüsusilə də bəzi Qərb ölkələrində islamofobiya narahatedici dərəcədə artmaqdadır. Fransada müsəlmanlara qarşı qeyri-insani münasibət, Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilməsi, “Qurani-Kərim”in yandırılması və digər təhqiramiz aktlar ürəkağrısı doğurur. Bu cür halların azad söz adı altında leqallaşdırılması, əslində, islamofobiyanın dərin köklərinin göstəricisidir.

Konfransın açılış mərasimində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Müraciətdə bildirilib ki, müsəlmanlar institusional ayrı-seçkilik və sosial-iqtisadi məhdudiyyətlərlə üzləşirlər. Bu cür qərəzli yanaşmalar müsəlmanların damğalanmasında və əsassız irqi profilləşdirilməsində özünü göstərir və qərəzli media təmsilçiliyi, bəzi siyasi liderlərin antimüsəlman ritorikası və siyasəti ilə gücləndirilir.

Migel Anxel Moratinos deyib ki, insanlara hər yerdə dinc şəkildə, qorxmadan inanclarını həyata keçirmələrinə icazə verilməlidir: “Dünyanın hər yerində dini obyektlərə hücum edilib. Bütün ibadət yerləri terror və qan tökülmə yeri deyil, təhlükəsiz sığınacaq olmalıdır. Biz hamımız hər cür nifrət və ayrı-seçkiliyə qarşı çıxmalıyıq”.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusef Məhəmməd S.Aldobeayin fikrincə, islamofobiya təkcə dini ayrı-seçkilik deyil, həm də qərəzli münasibətin, yanlış təsəvvürlərin və nifrət ritorikasının təzahürüdür. Ona qarşı aparılan mübarizə isə yalnız bir bölgəyə deyil, bütövlükdə bəşəriyyətin ortaq dəyərlərinə xidmət edən universal çağırışdır. Bu baxımdan, bu cür beynəlxalq tədbirlər islamofobiyaya qarşı mübarizədə uğurlu və təsirli platforma rolunu oynayır.

O vurğulayıb ki, Azərbaycan bu istiqamətdə daim prinsipial və ardıcıl mövqe sərgiləyib. Azərbaycanın davamlı səyləri yüksək qiymətləndirilir və təqdir edilir. İstər dövlət səviyyəsində, istərsə də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində aparılan işlər islamofobiyaya qarşı qlobal həmrəyliyin formalaşmasına mühüm töhfə verir.

“Xüsusilə beynəlxalq məlumatlandırma istiqamətində Azərbaycan böyük nailiyyətlərə imza atıb. Dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək, ictimai rəy yaratmaq və dini ayrı-seçkiliyin fəsadlarını ifşa etmək baxımından görülən işlər olduqca dəyərlidir. Bu, təkcə islamofobiyaya qarşı mübarizə deyil, eyni zamanda, dinlərarası harmoniya və multikultural dəyərlərin qorunması istiqamətində atılan uğurlu addımlardır. Azərbaycanın bu sahədəki rolu bir çox ölkələrə nümunə ola bilər”, - deyə İƏT-in Baş katibinin siyasi məsələlər üzrə köməkçisi qeyd edib.

Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin sədri İbrahim Saleh Əl Naimi diqqətə çatdırıb ki, islamofobiyaya qarşı stereotiplərin kökündən sarsıdılması üçün hamımız məsuliyyət daşıyırıq. Bu, praktiki tədbirlərin görülməsini zəruri edir. İslamofobiya dünyada artıq universal məsələyə çevrilib. Tənqidi fikirlərin səsləndirilməsinin nəticəsi olaraq müsəlmanlara qarşı hücumlar baş verir. Naimi bildirib ki, bu tədbirin əsas məqsədi bütün sübutları toplamaq, siyasi məsələləri gündəmə gətirmək və kənarda qalan səsləri ucaldaraq eşitdirməkdir: “Bu konfrans kollektiv deklarasiya rolunu oynayacaq. İslamofobiya ilə mübarizə, eyni zamanda, dinc və yanaşı yaşamaq məsələsidir. İslamofobiya təkcə dini məsələ deyil, bu, insan hüquqları ilə bağlı problemdir. Hazırda yaşadığımız dünyada islamofobiya əxlaqi deyil, insani məsələyə çevrilib. İslamofobiya insan hüquqlarının alçaldılmasıdır. Biz bütün formalarda buna qarşı mübarizə aparmalıyıq”.

İnsan Qardaşlığının Ali Komitəsinin Baş katibi Xalid Əl Qaiti bildirib ki, bu gün keçirilən beynəlxalq konfransda biz yalnız bir problemi müzakirə etmirik, eyni zamanda, humanist, ədalətli və tolerant bir dünyanın qurulması üçün ortaq öhdəliklərimizi nəzərdən keçiririk. Bu kontekstdə, Azərbaycanın multikulturalizmə, dinlərarası harmoniyaya yanaşması, həmçinin islamofobiyaya qarşı apardığı ardıcıl və səmərəli mübarizə olduqca nümunəvidir.

Onun sözlərinə görə, birgəyaşayışı təşviq etmək, xüsusilə də müxtəlif dinlərə mənsub icmalar arasında anlayış və hörmət mühitini yaratmaq əsas vəzifələrdən biridir. Bu proses təməlindən – məktəblərdən başlamalıdır. Gənc nəsil formalaşarkən onlara tolerantlıq, qardaşlıq və birgəyaşayış dəyərləri aşılanmalıdır. Maarifləndirmə tədbirləri, dərsliklərdə verilən mesajlar və tədris proqramları bu baxımdan böyük rol oynayır.

Qeyd edək ki, beynəlxalq elmi konfransın keçirilməsində məqsəd beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 40-a yaxın ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Yüzdən artıq xarici qonağın iştirak etdiyi konfransda “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər”, “Qadınlar, kimlik və stereotiplər: Dini və mədəni önyarğıların kəsişməsində naviqasiya”, “Avropada müsəlmanlara qarşı qanunvericiliyin institusionallaşdırılması: İslamofob təbliğatın radikallaşması fonunda müsəlmanlara qarşı ritorika”, “Dəyişən dünyada İslam mədəni irsinin qorunması”, “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzularında müzakirələr aparılacaq



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ