ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini razı salmaq üçün Ukrayna ilə bağlı mövqeyini dəfələrlə dəyişib, baxmayaraq ki, Putin bunun müqabilində çox az şey verib. Trampı tənqid edənlər iddia edirlər ki, onunla oynayırlar - Putinin barışmaq kimi bir niyyəti yoxdur.Lakin Ağ Ev rəsmiləri Axios-a bildiriblər ki, onlar hələ də Putinin razılaşma yolunda ciddi addımlar atmağa yaxın olduğuna inanırlar. KİV-in qeyd etdiyi kimi, Tramp indiyədək Putinə ümid etdiklərinin çoxunu verib. Nə qədər təəccüblü olsa da bazar ertəsi Putinlə telefon danışığından sonra Tramp Putinə həmişəkindən daha çox hörmət göstərdi, sanksiya çağırışlarını rədd etdi, vasitəçi rolundan qaçmaq fikrinə düşdü. Telefon danışığından sonra Tramp Vatikanda sülh danışıqları aparmağı təklif etdi. Lakin cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqların Vatikanda keçirilməsi ideyasından imtina edərək, bunun iki pravoslav xristian ölkəsinin görüşməsi üçün uyğun yer olmadığını dedi. " Britaniya və Aİ bu həftə Putin Trampın atəşkəs təklifini yenidən rədd etdikdən sonra Rusiyaya qarşı yeni sanksiyalar elan etdi. Onlar ABŞ-ın onlara qoşulacağına ümid edirdilər, lakin Tramp bundan imtina etdi. Bazar ertəsi çağırışından sonra Trampın Putinə rəğbəti avropalı müttəfiqləri çaşdırdı. Nəşr hesab edir ki, hələlik Tramp Putinin atdığı addımlardan məmnun görünür.
Surxay Əliyev