Yarandığı gündən təfriqə,fitnə-fəsad ocağına çevrilən Eçmiədzin kilsəsi və onun katalikosu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin həqiqətlə səsləşən açıqlamalarına öz yalanlarıyla cavab verdi özü də həyasızlıqla… Belə ki, Eçmiədzinin mətbuat xidmətindən “Armenpress”ə verilən məlumatda deyilir: “Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazilər Şurasının Bakıda bu yaxınlarda keçirilən iclasında erməni kilsəsini növbəti dəfə hədəfə alıb. Eçmiədzinin mətbuat xidməti utanmadan katalikosun adından bəyan edir ki, Allahşükür Paşazadə 1700 illik Eçmiədzin kilsəsinin tarixi Azərbaycan torpaqlarında yerləşdiyini bildirib.Maraqlıdır erməni Apostol Kilsəsinin Azərbaycan torpaqlarında yerləşməsi fakt deyilmi?. Necə olur ki, iki yüz il bundan öncə Qarabağa və Azərbaycanın başqa bölgələrində məsgunlaşdırılmış ermənilərin kilsəsinin 1700 illik tarixi olur?
Eçmiədzin katalikosunun həyasızlığı o həddə çatır ki, mətbuata verdiyi açıqlamada Naxcıvanı da erməni diyarı kimi qələmə verir və utanmadan Azərbaycanın ali din xadimini yalan danışmaqda günahlandırır. Açıqlamanın sonunda yeganə və həqiqətlə səsləşən bir ifadə işlənir.Hansı ki, sanki bu çingiltili ifadələr ermənilərin öz boyuna biçilib:- “Nəhayət, birdəfəlik bilmək lazımdır ki, yalan və batil nə qədər tez-tez və həvəslə təkrarlansa da, heç vaxt həqiqətə çevrilə bilməz”.Bəli necə ki,erməni yalanları ayaq tutdu ancaq yeriyə bilmədi.
Surxay Əliyev