Ermənistan və Azərbaycan Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etmək üçün qarşılıqlı olarasq bir-birinin namizədliyini dəstəkləyiblər. “Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan X sosial şəbəkəsində yazıb. "Mən 2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi qərarını alqışlayıram. Ermənistan və Azərbaycanın Avropa Siyasi Birliyinə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı dəstəklədiyini vurğulamağı vacibdi bildim", - deyə Paşinyan qeyd edib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin 8-ci sammitinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcəyini açıqlamışdı.Avropa Siyasi Birliyinin 6-cı sammiti Albaniyanın paytaxtı Tiranada, 7-ci sammiti isə Danimarkada keçiriləcək.
Surxay Əliyev