Gürcüstan səfirliyi qarşısında təşkil olunan etiraz aksiyası sübut edir ki, Ermənistan vətəndaşları öz dövlətlərinin olmadığına inanırlar. Bunu politoloq Stepan Danielyan yerli mətbuata açıqlamasında qeyd edib.Erməni politoloqa görə,problemlər yaranarsa, dövlətlərarası münasibətlər çərçivəsində həll edilir; əgər dövlət yoxdursa, vətəndaşlar başqa ölkələrin nümayəndəlikləri ilə birbaşa əlaqəyə girərək xarici səfirliklərin binaları qarşısında aksiyalar keçirməli olurlar. Bəs aidiyyatı dövlət qurumları niyə susur? Yoxsa onlar da inanırlar ki, Ermənistanda dövlət yoxdur? Dövlət başçısının dəstələrin formalaşması, sərhədlərin mühafizəsi ilə bağlı çağırışları da eyni təzahürdür. Yəni hətta təhlükəsizlik məsələləri də dövlətin iştirakı olmadan vətəndaşların şəxsi işidir. Bu isə Ermənistanda suverenliyin nə dərəcədə olmasını göstərir.
Surxay Əliyev