Ekrem İmamoğlunun axtarılan telefonu da tapıldı...

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya araşdırması çərçivəsində vəzifəsindən uzaqlaşdırılan bələdiyyə sədri Ekrem İmamoğlu barədə yeni fakt ortaya çıxıb. TRT-nin məlumatına görə, E.İmamoğlunun uzun müddət axtarılan mobil telefonu tapılıb.
İstanbul Polis İdarəsinin Maliyyə Cinayətlərə qarşı Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı telefona mənzildə keçirilən axtarış zamanı rast gəlinib. Telefonun hazırda polis tərəfindən ekspertiza üçün araşdırıldığı bildirilir.
Mətləb