Rusiya-Ukrayna müharubəsində Rusiyanın mövqeyinin güclənməsi Ermənistandakı rusiyayönlü qüvvələri hərəkətə gətirib. Belə ki,son günlər Ermənistan KİV-lərinin müsahibələrini, açıqlamalarını səxavətlə yayımladığı Ermənistanın ikinci prezidenti Robert Köçəryan bəyan edib ki, o, tərəflər arasında real sülh müqaviləsinin imzalanacağını gözləmir. "Heç bir sülh müqaviləsi olmayacaq.Sadəcə Paşinyanla bağlı hansısa sənəd olacaq - onun siyasi gələcəyini necə davam etdirməyi planlaşdırıldığı barədə", - deyə Köçəryan bildirib. "Amma mən həqiqətən də hansısa yöndə sənədin hələ də ortaya çıxacağını istisna etmirəm. Mən yaxşı heç nə gözləmirəm.
Bu gün Ermənistanda məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaq olan uğursuz lider var", - deyə Köçəryan Paşinyanın bostanına daş atıb. Bakıda insanlıq əleyhinə törətdikləri ağır cinayətlərə görə mühakimə olunan məhbusların da məsələsinə toxunan Köçəryan hiyləgərliklə bildirib ki, məhbus məsələsi indiki hakimiyyəti maraqlandırmır:- "Əsirlikdə olanlar o kəslərdir ki, qayıdandan sonra öz nüfuzları sayəsində Qarabağdan olan qaçqınları səfərbər edə bilərlər. Bu isə indiki hakimiyyətə qətiyyən lazım deyil. Onlar üçün ən əlverişli vəziyyət indiki vəziyyətdir". Əslində isə məhbus məsələsini qabardan Köçəryan həm də öz gününə ağlayır.Çünki yaxşı bilir ki,ədalət zəfər çalarsa o və Serjik də Bakıda cəza çəkənlərlə birgə olacaqlar.
Surxay Əliyev