“Rusiya ordusu və cəmiyyəti yaxın gələcəkdə atəşkəs və müharibənin dayandırılmasını dəstəkləmir. Kreml isə uzun sürən kampaniyaya haqq qazandırmaq üçün bu hisslərdən istifadə edir”. Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir. Hesabatda Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş və ya iştirak edən 11 rus əsgərinin The New York Times qəzetinə verdiyi müsahibələrə istinad edilib. Bu hərbçilər qəti şəkildə hər hansı bir atəşkəsin əleyhinə çıxıblar.
Onlar hesab edirlər ki, Rusiya ordusu Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin bütün ərazisini ələ keçirənə qədər döyüşməlidir. Onlar həmçinin Rusiyanı ərazi qazancları əldə olunana qədər müharibəni davam etdirməyə, Ukrayna və Qərbə heç bir güzəştə getməməyə çağırırlar. "Kreml rəsmiləri getdikcə daha çox açıq şəkildə bəyan edirlər ki, Rusiya Ukrayna Rusiyanın tələblərini qəbul edənə qədər döyüşü davam etdirməlidir. Bu, yəqin ki, Kremlin Rusiya cəmiyyətini və ordusunu belə bir ssenariyə lazımi şəkildə hazırlandığına əmin olduğuna görə baş verir", - deyə Müharibənin Öyrənilməsi İnstitutu bildirir.
Surxay Əliyev