Qazaxıstanın cənubunda Qızılorda vilayətinin çölündə “An-2” təyyarəsi təcili eniş edib. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb. Bildirilib ki, xilasedicilər onu səkkiz saat sonra aşkar ediblər. "Qızılorda vilayətində "Tan-Kumkol" istiqamətində hərəkət edən “An-2” təyyarəsi məcburi eniş edib. Təyyarənin göyərtəsində 3 nəfər olub. Ekipajla əlaqə olmayıb, onların olduğu yer məlum deyildi. 8 saatlıq axtarışlardan sonra, gecə yarısı itkin düşənlər çöldə tapılıblar", - Nazirliyin məlumatında bildirilib.
Mətləb