Buxarest meri prezident seçkilərində öndədir

Rumıniyada prezident seçkilərinin ikinci turunun nəticəsi açıqlanıb. Buxarestin meri Nikuşor Dan böyük fərqlə ifrat sağçı namizəd Jorj Simionu qabaqlayıb.
1969-cu ildə Faqaras şəhərində anadan olmuş Dan ixtisasca riyaziyyatçıdır. O, 2 dəfə beynəlxalq olimpiadada qalib olub, 90-cı illərdə Sorbon Universitetində doktorluq dissertasiyası müdafiə edib. Nikuşor Dan aktiv siyasi fəaliyyətdə başlıca olaraq qanunsuz məskunlaşma ilə mübarizəsinə görə yadda qalıb.
Mətləb