çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

İstanbul danışıqları: diplomatiyanın uğursuzluğu və Putinlə Trampın biganəliyi

Image


Cümə günü Rusiya və Ukrayna nümayəndələri arasında müharibə başlayandan bəri ilk dəfə birbaşa danışıqlar İstanbulda baş tutub və iki saatdan az davam edib. Bu qısa müddətin özü çox şey deyir: tərəflər diametral şəkildə əks mövqelərdə qalırlar və hər hansı irəliləyişdən söhbət gedə bilməz. “The Washington Post”un qeyd etdiyi kimi, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlaması təfərrüatlara varmadan görüşün yekunu ilə bağlı rəsmi məlumatla məhdudlaşıb. Bununla belə, danışıqlardan xəbərdar olan mənbənin sözlərinə görə, Rusiya tərəfi növbəti dəfə Ukrayna üçün qəbuledilməz olan şərtləri, xüsusən də Moskvanın Ukraynadan yalnız qismən nəzarət etdiyi regionlardan geri çəkilmək tələbini səsləndirib. Bu, məsələn, Rusiyanın qeyri-qanuni ilhaq etdiyi, lakin heç vaxt tam nəzarəti altında saxlamadığı Zaporojye və Xerson bölgələrinə aiddir. Kiyev üçün yeni ərazilərin verilməsi isə mütləq “qırmızı xətt”dır. Mənbənin sözlərinə görə, oxşar tələblər artıq Tramp administrasiyasının nümayəndələri, xüsusən də onun xüsusi nümayəndəsi Stiv Vitkoff və dövlət katibi Marko Rubionun ofisinin əməkdaşları ilə təkbətək söhbətlərdə də səsləndirilib.

Kreml danışıqları imitasiya edir
Közərən ümidlərin bağlandığı danışıqlar, Vladimir Putinin şəxsən bu danışıqlarda iştirak etmək niyyətində olmadığı məlum olduqdan sonra öz çəkisini daha da itirdi. Məlum olduğu kimi,Rusiyanı əsasən nazir müavinləri və ekspertlərdən ibarət ikinci dərəcəli nümayəndə heyəti təmsil edirdi. Bu isə dərhal Kremlin niyyətlərinin ciddiliyi ilə bağlı şübhələrə yol açdı. Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq və senator Marko Rubio da daxil olmaqla Amerika tərəfi, Ukraynanın müdafiə naziri Rüstəm Ömərov və prezident aparatının rəhbəri Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyəti İstanbula gəlib. Lakin danışıqların mərkəzi - ukraynalılar və ruslar arasında görüş Dolmabaxça sarayında soyuq, demək olar ki, rəsmi atmosferdə keçib. Ukrayna nümayəndə heyətinin yarısı hərbi formada, ruslar isə rəsmi geyimdə üzbəüz oturublar. Onların arasında türk vasitəçiləri var. İclası Türkiyənin xarici işlər naziri Hakan Fidan diplomatik göstərişlərlə açır: "Bizim qarşımızda iki yol var: biri sülhə, digəri daha çox məhvə və ölümə aparır. Hansı birini seçməyə tərəflərin özləri qərar verməlidir." Lakin hətta Hakan Fidan özü belə mahiyyətcə etiraf etdi ki, görüşün nəticəsi olmayacaq. Antalyada keçirilən NATO konfransından İstanbula uçan senator Rubionun özü də görüşün perspektivinə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, xüsusilə Rusiyanın göndərdiyi danışıqlarçıların rütbəsini nəzərə alsaq, “sıçrayışa ümid etmək çətindir”.
Zelenski: “Rusiya boş başlar göndərir”
Donald Trampa gəlincə, onun mövqeyi həmişə olduğu kimi ikili olduğunu bir daha nümayiş etdirdi. O, danışıqları dəstəklədiyini iddia edirdi, hər halda, bir gün əvvəl prezident təyyarəsinin göyərtəsində verdiyi müsahibədə belə demişdi: “Baxın, Putinlə mən şəxsən görüşənə qədər heç nə olmayacaq”. Cümə günü isə o, İstanbula getməyəcəyini və Yaxın Şərq turnesini bitirdiyini təsdiqləyib. Əbu-Dabidə Tramp Putinin danışıqlara qatılmamasından təəssüfləndiyini bildirib və əlavə edib ki, “onunla mümkün qədər tez görüşmək istərdim”. Lakin onun cəmi bir həftə əvvəl elan etdiyi atəşkəs yenə unuduldu və bu çağırış barədə bir kəlmə də olmadı. Putinin gəlməyəcəyi bəlli olduqdan dərhal sonra Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya qarşı yeni sanksiyalarda israrını bildirərək Avropa liderləri ilə görüşmək üçün Albaniyaya getməsi diqqət çəkir. O, Rusiya nümayəndə heyətini sərt tənqid etdi: "Onların heç biri Rusiyada qərar qəbul etmək iqtidarında deyil. Amma buna baxmayaraq, mən nümayəndə heyətimizi İstanbula göndərdim. Bizim əsas məqsədimiz dürüst, tam və qeyd-şərtsiz atəşkəsdir. Əgər bununla belə yenə razılığa gəlmək mümkün deyilsə, o zaman Putinin diplomatiyaya zərbə vurmaqda davam etdiyi tamamilə aşkardır". Zelenski qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibi demək olar ki, 2022-ci ildə uğursuz danışıqlar aparan heyətlə üst-üstə düşür.Zelenski hesab edir ki, "Rusiya yanaşmasını dəyişməyib. Onlar İstanbul görüşünü 2022-ci ildə olduğu kimi,yenə boş imitasiyaya çevirirlər. Danışıqları pozan biz və ya Qərb deyil, danışığı pozan boş başlar göndərən Rusiyadır". Bu arada, Avropa İttifaqı və Böyük Britaniya, xüsusən də neft məhsullarına qoyulan embarqodan yan keçmək üçün istifadə edilən Rusiya tankerlərinin “kölgə donanması”na yönəlmiş yeni sanksiyalara dair razılığa gəliblər.
Beləliklə nə Putinin özü, nə də Kreml iştirakdan imtina etdiyini rəsmən açıqlamasa da, sona qədər nümayəndə heyətinin tərkibini açıqlamayıblar. Yalnız çərşənbə günü məlum oldu ki, Rusiya qrupuna son dərəcə mühafizəkar baxışları və 2022-ci ildə Ukrayna ilə uğursuz danışıqlara rəhbərlik etməsi ilə tanınan keçmiş mədəniyyət naziri Vladimir Medinski rəhbərlik edəcək.O Medinski ki,dəfələrlə Ukrayna xalqının legitimliyini inkar edən mətnlər dərc edib və Ukraynadakı müharibəni “Rusiyanın keçmiş səhvi” kimi qələmə verib. “The Washington Post” yazır ki, rusiyalı şərhçilər Zelenskinin Putinlə şəxsən görüşmək təklifinə aqressiv reaksiya verib və onu “məsuliyyətsiz manipulyator” adlandırıblar. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə daha irəli gedərək Ukrayna liderini “kloun” adlandırıb.

Surxay Əliyev



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ