"Respublika Xatirə Kitabı redaksiyası həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin hamısı geniş ictimaiyyətə təqdim olunub. Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, şəhidlər heç vaxt unudulmayacaqlar.
Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir". Bu fikirləri Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nazaket Mammadova YAP Şəmkir rayon Təşkilatının binasında Vətən müharibəsi şəhidi, XTQ giziri Babək Səhman oğlu Namazovun həyat və döyüş yolundan bəhs edən "Cəsur Vətən oğlu" kitabının təqdimat mərasimində bildirib. İradə SARIYEVA Şəmkir