Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində maraqlı təkliflə çıxış edib. MŞ-nın sədri təklif edir ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mətbuat muzeyi yaradılsın. Onun sözlərinə görə, Şuşada belə muzeyin yaradılması böyük marağa səbəb ola bilər: "Həmin muzeydə Azərbaycan mətbuatının qədim dövrdən bu günədək keçdiyi yolu təsvir etsək, Şuşaya səfər edəcək əcnəbi turistlər üçün də yetərincə maraq doğuracaq".
Mətləb Salahov