Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılıb. Qurumun açıqlamasında deyilir ki, iclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib. Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb. İclasda, həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Mətləb