Fransa həbsxanalarında yer yoxdur - 83 min məhbus "rekord vurur"!

Fransanın nüfuzlu "Figaro" nəşri ölkədəki "məhbus bolluğu" barədə sensasiyalı yazı dərc edib. Fransız nəşrinin yazdığına görə, ölkədə çoxlu sayda əcnəbi məhbusları Şərqi Avropa ölkələrindəki cəzaçəkmə müəssisələrinə köçürmək variantını nəzərdən keçirir. Qeyd olunub ki, Danimarka və Kosovoda olduğu kimi, Fransa həbsxana rəhbərliyi öz cəzaçəkmə müəssisələrində olan sıxlığı aradan qaldırmaq üçün həll yolları tapmağa çalışır.
“Əldə etdiyimiz məlumatlara görə, məhbusların bu köçürülməsi yalnız bəzi əcnəbilərə təsir edəcək. Bu, 20 min nəfər və ya həbsxanalardakı bütün məhbusların dörddə biri deməkdir. Hazırda Fransa həbsxanaları 62 min yer üçün nəzərdə tutulub, lakin onlar 83 min məhbusu saxlayır”.
Mətləb Salahov