Donald Tramp ticarət müharibəsi ilə bağlı söylədikləri artıq Avropa qitəsində ciddi təşviş yaradıb. Ağ Ev rəhbəri, Çinin ABŞ-a ixracına 10% əlavə gömrük rüsumunun tətbiq edildiyini, bundan başqa artıq idxal olunan polad və alüminiumdan 25% vergi alacağını bildirib. İndi məlum olur ki, ABŞ Prezidentinin gömrük rüsumları ilə bağlı bəyanatları Avropa İttifaqı (Aİ) ilə bərabər Fransanı silkələyib. Amerikanın CNN kanalına verdiyi müsahibədə Emmanuel Makron Avropa İttifaqını bu ticarət müharibəsinə hazır olmağa çağırıb.
Onun sözlərinə görə, avropalılar Trampın mümkün gömrük rüsumlarına cavab verməyə hazır olmalıdırlar. "Düşünürəm ki, biz reaksiya verməyə hazır olmalıyıq. Amma hesab edirəm ki, Aİ istədiyini və ehtiyacı olanı müdafiə etməyə hazır olmalıdır", - deyə Makron bildirib.
Mətləb Salahov