çərşənbə günü, 07 oktyabr 2026
     

Bahalı məzar daşları, cənnətə görə verilən 7 min rüşvət, internet əsrinin ÖLÜLƏRİ...

Image


Mən yazıma onunla başlayım ki, internet əsrində cənnətə getmək üçün fırldaqçılara 7 min manat ənam verənləri, ölüsünə 25-30 min manatlıq başdaşı qoyduranları,  məzarlıq başında şəhərcik yaradıb ora internet çəkdirənləri, məzar başında bahalı çılçıraqlar və oturmaq üçün son dəb oturacaqlar quraşdıranları, "dini toy" adı ilə eşşək anqırtısı çıxarıb cibini pullarla dolduranları, tort kəsib ətrafında dövrə vurub mahnı oxuyanları görəndən sonra, rəhmətlik Cəlil Məmmədquluzadə yaşasaydı yəqin ki, bircə bunu deyərdi – ÖLÜLƏR!

Əslində o kişinin qoyub getdiyi zamandan bəri ancaq qazalaq- faytonu bahalı avtomobillərlə, balaca kənd evlərini 20-25 mərtəbəli göydələn "novostroykalar"la, "poçt qutusu"nu da internet, tik-tok və vatçapla əvəzləmişik, başqa heç bir dəyişiklik filan yoxdur. Yəni edə bildiyimiz bunlardır. Amma əsrlərdir tərgidə bilmədiyimiz, həmişə əzabını çəkdiyimiz əsas məsələ yenə yüz illərdir bizimlə yol gəlir. Heç cürə dəyişə bilmədəyimiz, daha doğrusu xilas ola bilmədəyimiz bir məsələ qalır – DÜŞÜNCƏ VƏ HƏYATA BAXIŞIMIZ! Bax bu məsələdə indi əvvəlkindən daha pis axsayırıq. Nə düşüncəmizdə dəyişiklik var, nə də həyata baxışımızda. "Poçt Qutusu"ndan ötən əsrlərdə bütün millətlər və xalqlar çox dəyişdi, yeniləndi, təkmilləşdi, bir bizdən başqa. Bizdən qat-qat geridə olan xalqlar başa düşdülər ki, ziyanlarına nədir, xeyirlərinə nə, necə qabağa getmək olar. Onların əksinə olaraq təkcə biz özümüz - özümüzə düşmən olmağı, qabağa gedənimizin ayağından tutub dala çəkməyi, bir-birimizə ürək yandırmaq əvəzinə bir-birimizi didişdirməyi tərgidə bilmədik.
 Dəqiq yadımdadır, 2020-ci ildə, pandemiyanın qızğın vaxtı Bakıda qoruyucu maska tapmaq qızıl tapmaqdan çox qəliz idi. Qəhətə çəkmişdilər apteklərdə qoruyucu maskaları. Sən demə yerli işbazlar bu qoruyucu maskaları qanı bahasına iranlılara satmağa girişmişdilər. "Millət necə tarac olur olsun nə işim var, düşmənlərə möhtac olur olsun nə işim var" məsəli yenə iş başında idi. Tanış "təfəkkür", tanış tamahkarlıq... 

Nə isə gələk MƏTLƏBƏ, Mətləb də odur ki, son günlər ölkə mətbuatında bahalı başdaşları qoyanlar barədə yazılar hər gün çoxalmaqdadır. Bir para gerizəkalı, dünyagörüşü və savad problemi olanlar guya əzizlərini "qiymətə mindirmək" üçün başlayıblar 25-30 min manatlıq başdaşları qoydurmağa. Həttda bunu səviyyəsiz efirlərdə milyonarla insanın qarşısında deməkdən utanmırlar. Sanki fəxr ediləsi, rəhmətə gedən atası üçün əsl övladlıq edirmiş kimi qürrəlinəsi iş görüblər. Bu cahil, amma bolluca pul - para sahibləri o qədər düşüncəsiz, kütbeyin sürüsüdür ki, qəbiristanlıqda belə ucuz şounun yalnız pul itirməkdən başqa heç nəyə yaramadığını anlaya bilmirlər. Bəlkə də anlayırlar, lakin min bir qaranlıq yollarla "qazanılmış" pullarla məzarlıqda belə özlərini reklam etmək, digərlərindən fərqləndirmək xəstəliyi onları rahat buraxmır axı. Ay düşük gədə, axı sağlığında qara qəpik qiymət qoymadığın çuvalsız atana ən bahalı mərmərdən baş daşı qoymaqla ölmüş dədənimi "qiymətə mindirirsən", yoxsa sadəcə özünə reklam qazanırsan? Axı bu cahil və gerizəkalı imic sənin nəyinə gərəkdir? Bu savadsız gədə-güdə yığını trilyard dollar cah-cəlal sahibi olan Səudiyyə şahzadəsinin yarım metrlik sadə ağ daşdan olan məzarını heç görüblərmi? Türkiyəli məşhur milyarderlərin, böyük sənət adamlarının məzarlarını necə, görüb seyr ediblərmi? Əlbəttdə rüşvətlə, onun-bunun haqqını yeməklə milyonlar yığmaqdan, sosial şəbəkələrdə "maska tutmaq"dan, cinsi azlıqlara sponsorluq etməkdən başları ayılarsa, dünyada olub keçənlərdən xəbərdar olarlar...

Görün din-iman necə ucuzlaşdırılıb ki, Həcc, Kərbəla, Məşhəd ziyarətləri əməlli-başlı biznes və qanı-qiyamətinə turistik qazanc mənbəyinə çevrilib. İndi bu yerlərə bir nəfər üçün gediş-gəliş haqqı fantastik qiymətə təklif edilir. Həcc ziyarəti bir nəfər üçün 10 min manata,Ümrə-Kərbəla ziyarəti 7500 manata başa gəlir. Məgər bu qədər pulu turistik ziyarət xətrinə, "Kərbəla","Hacı" adlandırılmaq üçün ərəblərin büdcəsinə xərcləməyə dəyərmi? Açıq-aşkar görünür ki, din pərdəsi altında özünə əməllicə qazanc yeri tapan işbazlar avam kütləni soyub-talamaq üçün hər il qiymətləri "ceyran belinə" mindirirlər. İnternet əsrində dini bu şəkildə başa düşən, cənnətə düşmək üçün hansısa fırıldaqçıya 7 min manat rüşvət verən cəmiyyətin anlamalı olduğu bir həqiqət var: Allahı sevmək, ona sevgisini göstərmək üçün ilk növbədə ƏMƏL İBADƏTİ etməlisən. Gözəl əməl sahibi olmaq, Allahını daima başının üstündə görmək və hər gün vicdanının səsinə qulaq asmaq üçünsə min kilometrlərlə yol qət etməyə, ərəbin, farsın xəzinəsinə hər il yüz minlər ödəməyə ehtiyac yoxdur...

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ