Cümə günü, 14 avqust 2026
     

Pensiya yaşını 50-yə salın, daha QOCALMAQ OLMUR..

Image


Elə bir çətin mövzudur ki, lap yüz ilin jurnalisti də olsan, bu məsələdə hardan başlayıb harda fikrini bitirəcəyini yəqin etmək qəliz məsələdir. Ölümün getdikcə cavanlaşdığı, məzarlıqlardakı baş daşlarında yaşı 50-ni ötməyənlərin getdikcə çoxaldığı, əvəzində qocalmağın, ömrün ixtiyar zirvəsini yaşamağın getdikcə eyni sürətlə xam xəyala çevrildiyi bir dövrdə yaşayırıq. Geni dəyişilmiş, min cür xəstəlik mənbəyi olan saxta "qidalarla" baş girləyib, sadəcə günü günə caladığımız bir dövrdür. Adi suyun belə, dilə gətirmək ağır da olsa "təkrar emal edilib" yenidən özümüzə qanı qiymətinə satıldığı bir zamandayıq. Uşaq vaxtı yaylaqlarda qayanın dibindən sıyrılıb gələn buz bulaqlardan, rəhmətlik Hacı Zeynalabdin ağanın çəkdirdiyi "Şollar" suyundan içərdik. İndi "filtirlənmiş" ikinci əl sularla mədəmizi doldurub xərçəngə "gəl-gəl" deyirik.

  Biz uşaq olarkən yaşı səksəni, doxsanı ötən qocaları görmək adi hal idisə, indi yetmiş yaşlı ixtiyarları görməyin özü təəcüblü hadisə sayılır. İnternet əsrindəki stress və sosial gərginliklər, yaşamaq, həyatda ayaq üstündə qalmaq çətinliklərinin dözülməz olduğu, sosial problemlərdən əmələ gələn psixoloji problemlər insanı hər gün və sürətlə ölümün ağuşuna atır. Bəli, məhz sosial problemlər stress və ən təhlükəli xəstəliklər üçün ələdüşməz "sərvətə" çevrilib. Azərbaycan xalqı daima mehriban, gülərüz təbiəti ilə seçilib. Amma bu gün zəmanənin, sosial problemlərin gətirdiyi gərginlik elə pik həddə çatıb ki, yolda ötərkən kiməə salam vermək, hal-əhval soruşmağın özü belə qan-qada yaradacaq qədər təhlükəlidir. Stresslə, sosial şəbəkə "canavarının" mənfi informasiyaları ilə yüklənmiş Azərbaycan cəmiyyəti səmimi ünsiyyəti, hal-əhval tutmaq adətlərini çoxdan yadırğayıb desəm yəqin ki, bu yazını oxuyan əksəriyyət mənimlə razılaşacaq. Qabaqlar yolda-izdə bir "sabahın xeyir", demək, hal-əhval soruşmaq adətimiz vardı. İndi kimə yaxınlaşıb kefini soruşsan psixoloji bomba kimi partlayır,  acı cavab verir, həttda bir gülümsəyib salamlaşmaq dava-dalaşa belə səbəb olur.

 Əlbəttdə, hər şeyi də zəmanənin boynuna yıxmaq olmaz və yaşadığımız zamanı "günah keçisi" elan etmək qəti məntiqli deyil. Çünki zaman məhvumu bizimlə yanaşı həm də bütün planetdəkilər üçün keçərlidir. Sadəcə biz cəmiyyət olaraq elə bir ağır illər və stress dolu zaman keçiririk ki, həm sosial problemlər, həm də qidalandığımız qidalar bizi elə gəncliyimizdəcə qocaldır, qocalmaq arzusu isə artıq elə arzu olaraq da qalır. Bizləri qocaldan təkcə problemlər deyil, həm də QİDA XƏRÇƏNGİDİR!

Bir haşiyə çıxmasam olmaz. Bu yazını oxuyan hər kəs mənimlə razılaşar ki, artıq təbii qida deyilən məfhumu beyin hüceyrələrimizdən silmişik. Çünki ölkəmizdə təbii qida da artıq qəhətə çıxıb, əvəzində marketlərdə geni dəyişilmiş, insan sağlamlığı üçün ölüm saçan yalançı "qidalar" at oynadır. İri supermarketlərdə əsl mənşəyi və real qiyməti məlum olmayan ərzaqların adamın gözünə girdiyi bir vaxtda yaşayırıq.

 Hər gün nələr yeyirik? Yuxarıda da qeyd etdiyim kimi filtirlənmiş, kimyəvi qatqı əlavə olunmuş "su" içirik, qatqı əlavə olunmuş yalançı "süd", təkcə elə rəngini ağartmaq üçün neçə ton gübrə vurulan və ən aşağı kateqoriyalı "undan" hazırlanan, ən dəhşətli xəstəlik törəyicisi sayılan zavod çörəyi, evlərə verilən çirkli suların həddən artıq xlorla doldurulması – bütün bu sadaladıqlarım dəhşətli də olsa gerçək həyatımızın acı tablosudur. Hətta artıq süni ət və süni düyü dövrünün başlanmasına "bismillah" da edilib...

 Bəli, hər şey artıq sünidir. Bu süni qida dövründə bir də kasıb kütlənin ayaqüstü öz mədəsini aldatmaq üçün gündəlik aldığı 2-3 manatlıq dönərlər də mənşəyi naməlum, hətta insan orqanizmi üçün həddindən çox təhlükəli "ətlərlə" zəngindir. Bu murdar ətlərdən hazırlanan dönərlərdən zəhərlənmə faktları kəllə-çarxa çıxıb artıq.

 Və bütün bu sadaladıqlarımdan sonra yaşlanma, ömrün ixtiyar yaşına çatmaq da eləcə xəyala dönən arzu kimi ürəyimizdə qalıb bizi sızladacaq. Çünki bu cür "qidalarla", sosial problemlər və stresslərlə ancaq 50-yə çatmaq olur. O da hələlik. Bir neçə ildən sonra 50 yaş da əlçatmaz olacaq əzizlərim. Mütləq pensiya yaşını 50-yə qədər endirməliyik ki, heç olmasa pensiya üzü görən tapılsın. Ciddi sözümdür, zarafat etmirəm, acı gerçək belədir. Çünki murdar dönərlərlə, "ikinci əl" sularla, palma yağı ilə uzağı 50-yə qədər yolumuz var...

Mətləb Salahov 

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ