"Makron 5 ildən sonra Livana da " lağım atdı", ölkəyə səfər etdi..Son dəfə bu ölkədə 2020-ci ildə olmuşdu.3 ilə taxın idi ki, hökumət qura bilməyən Livanda yeni hökumət başçısı seçilən kimi Makron peyda oldu. Makronun Livan " turnesi" təsadüf deyil. Afrikanın bir neçə mühüm ölkəsi Fransanın hərbi bazalarını çıxardı. Əsədin cinayətkar rejimi süqut etdikdən sonra Fransanın XİN başçısı Almaniyanın xarici işlər naziri ilə birgə Dəməşqə səfər etdi.Fransa Qafqazı da tam itirəndən sonra heç olmasa Suriya və Livanda "oturmaq" istəyir. Bu iki ölkədə Fransanın ölmüş maraqları və nakam arzuları qalıb."
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "1- ci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin ərazisi sayılan Hələbi, hatayi, Suriya və Livanı Fransanın idarəçiliyinə verdilər. 1937- ci ildə rəhmətlik Atatürk Hatayı Fransadan geri ala bildi. Fransa Hələb də daxil həmin ərazilərdə qondarma Ələvi respublikası deyilən oyuncaq bir şey yaratdı. 2- ci dünya müharibəsindən sonra Fransanın Livandan və Suriyadan əli çıxdı. Soyuq müharibə vaxtı Fransa Suriya və Türkiyədə kök salmış PKK- kürd qruplaşmalarının əsas sponsorlarından biri olub.
Bu gün Makron görür ki , Suriyaya yenidən qayıtmaq çox çətindir, çünki orada Türkiyə var.Odur ki , diqqətini Lavana yönəldib. Livanın inkişafına milyonlarla yardım və investisiya vəd edir....İsraillə Livana uzun müddətli sülh istəyir....
Makronu Livana yönəldən erməni diasporudur..."
Mətləb