"Moskva Ermənistan hökumətinin Avropa İttifaqına qoşulma prosesinə başlamaq layihəsini təsdiq etməsini Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasının başlanğıcı kimi qiymətləndirir." Bu barədə Rusiya Federasiyası Nazirlər Kabineti sədrinin müavini Aleksey Overçuk bildirib.
"Onlar (Ermənistan: red.) Aİİ-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər. Bəs indiki vəziyyətin özəlliyi nədir?. Uzun müddətdir ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşması ilə bağlı danışıqlar gedir, müzakirələr gedirdi, lakin 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlandığını elan edən qanun layihəsini dəstəkləyərək, addım atıb. Bu vəziyyətin özəlliyi də budur. Bu, Ermənistan hökumətinin qərarı idi və biz bunu Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı hesab edirik", - Rusiya baş nazirinin müavini qeyd edib.
Mətləb Salahov