çərşənbə günü, 07 oktyabr 2026
     

Ermənistan üçün YALANÇI VƏD

Image


Mətləb Salahov: "Bütün standartlardan min dəfə uzaqda olan Ermənistanı Avropa İttifaqına üzv kimi göstərmək Qərbdəkilərin bölgədəki planlarına hesablanıb"

 "Nikol Paşinyan və arxasındakı Qərb dairələri Ermənmistanı yeni bir böhrana sürükləməkdədirlər. Amma təkcə böhran deyil, həm də xam xəyal, təhlükəsizlik risqi, Rusiya ilə bu dəfə daha şiddətli gərginlik, üstəgəl Qərbin qanlı planları üçün açıq laboratoriyaya çevrilmək. Qonşu Gürcüstanda istəyinə çata bilməyən Qərb strategləri Emmanuel Makronun təhriki ilə indi də Ermənistanı "test" edirlər." Bu fikirləri "Bakı xəbər"ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov qeyd edib ki, Qərbdəkilər bu məsələdə son dərəcə israrlıdırlar. "Bilə-bilə ki, Rusiya qoşunları Gümrüdə yeyib-yatır, bilə-bilə ki, Rusiya heç vaxt əsrlər boyu "kəbinli arvad" kimi yanaşdığı Ermənistanı əldən buraxan deyil, bunlar yenə bu məsələdə israr edirlər. Amma Qərbdəkilərin bu sadaladıqlarımın heç biri veclərinə belə deyil. Olan erməniyə olacaq, Qərbdə oturanlara nə?. Təki Cənubi Qafqazda planları işə düşsün, təki xaos və qanlı qarşıdurma cəbhəsi yaratsınlar. İndi də N.Paşinyanı  cuşa gətirib Ermənistanın Avropa İttifaqına üzvlüyü barədə şou yaratmağa və referendum keçirməyə can atırlar. Heç bir məntiqə, siyasi yanaşmaya qəti şəkildə uyğun gəlməyən maymaq iddiadır bu.

Rəsmi İrəvan Avropa İttifaqına üzvlük məsələsini ortaya atsa da, bu istiqamətdə ölkəyə əngəl olacaq kifayət qədər nüans var. İlk olaraq, bu quruma üzv olmaq üçün Avropa qitəsində yerləşmək ən mühüm tələblərdəndir. Ermənistan isə Asiyada yerləşir. Təşkilatın prosedur qaydalarına müvafiq olaraq, Avropa İttifaqı Şurası üzvlüklə bağlı ərizəni yalnız yekdilliklə rədd və ya təsdiqləyə bilər. Bir çoxlarının fikrincə, Ermənistan hakimiyyətinin təsir gücü zəif olduğundan demokratik institutların fəaliyyətinə hər hansı bir məhdudiyyət tətbiq edə bilmir. Belə olduğu təqdirdə isə xaricdə Ermənistanda demokratiyanın olduğu barədə saxta "imic" formalaşır. Yəni təşkilat ölkə daxilindəki vəziyyəti analiz etsə, hər şeyin əslində sadəcə yalandan ibarət olduğu aşkara çıxacaq. Əlbəttdə, analiz etmək istəsə. Amma onlar bunu istəmirlər axı. 

Bundan başqa, Ermənistanın təşkilata üzv olmaq üçün qarşısında duran əngəllər sadəcə bununla da bitmir. Aİ-yə üzv ölkələrin hər birinin dövlət sərhədlərini mühafizə etməyə qadir olduğunu düşünsək, İrəvanın yenə də bu normativlərdən kənarda qaldığını söyləyə bilərik. Eyni zamanda, təşkilata namizəd, yaxud üzv ölkələrin ərazisində NATO istisna olmaqla başqa dövlətin qoşunu yoxdur. Amma İrəvanın sərhədlərini hazırda Qərbin ən böyük düşməni hesab etdiyi rusiyalı hərbçilər qoruyur. Məlum olduğu kimi, Şimal qonşumuzun 102 saylı hərbi bazası Ermənistanda, Gümrüdə yerləşir. Bundan başqa Ermənistan həmçinin Rusiyanın iqtisadi vassalıdır. Ermənilər Avropadan deyil Rusiyadan qidalanırlar. Bu isə o deməkdir ki, Ermənistan iqtisadi baxımdan da Moskvadan asılı durumdadır. Yəni həm regional şərait, həm də Ermənistanın Cənubi Qafqazda işğalçı dövlət kimi tanınması onun təşkilata üzv olmasını qeyri-mümkün edir. Üstəlik, İrəvanın bir müddət öncə dəyişdirilməsinin vacibliyi vurğulanan qanunlar toplusunda Azərbaycana qarşı ərazi iddiaları yer alır. Bütün bunların müqabilində ölkənin Avropa İttifaqına üzvlüyü müşkül məsələdir.

Ermənistanın Avropa İttifaqı ilə bağlı xam xəyallar qurmasında, yuxarıda qeyd etdiyim kimi, Fransanın, hazırkı Yelisey Sarayında outran E.Makronun da xüsusi rolu var. Belə ki, E.Makron N.Paşinyanı Qərb liderləri üçün siyasi vitrinə çıxarmaqla rəsmi İrəvan Parisin himayədarlığı sayəsində quruma üzv olacağını düşünür. Şübhəsiz, bu düşüncə çox yanlışdır. Çünki Makron hakimiyyəti sadə ermənilərin gələcəyinə görə deyil, məhz öz şəxsi maraqları üçün rəsmi İrəvanla müttəfiqlik edir. Paris Cənubi Qafqazda öz ambisiyaları üçün manipulyasiyalara əl atır. Bundan düzgün nəticə çıxara bilməyən Simonyan kimi xəyalpərəstlər isə Rusiya faktorunu nəzərə almadan asanlıqla Qərbə yönələ biləcəklərini düşünürlər. Ermənistanın hakim dairələri ölkənin mövcudluğunun Rusiyaya bağlı olduğunu unudurlar.
 Halbuki, İrəvanın gələcək addımlarının məhz Rusiyadan asılı olduğu hər kəsə məlumdur. Yəni Fransa nə qədər Ermənistana yalan vədlər versə də, hayların müstəqil addım ata bilməyəcəyi gün kimi məlum məsələdir. Bölgədə yaşayan hər xalqa gözəl məlumdur ki, ermənilər gec-tez yenə Rusiyanın qucağına yürüyəcəklər. Onların adəti həmişə belə olub.

Rusiyanın Ermənistanın Aİ sevasına münasibəti də gecikməyib. Öz növbəsində Rusiya hakimiyyəti dərhal Ermənistana xəbərdarlıq edib ki, eyni zamanda Aİ və Aİİ üzvü olmaq mümkün deyil. "İki fərqli təşkilatın üzvü olmaq, hipotetik olaraq, sadəcə olaraq mümkün deyil. Bir gömrük məkanı var, malların, xidmətlərin, insanların və kapitalın sərbəst hərəkəti zonası var - müxtəlif qaydalar var", - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Eyni zamanda, o, Avropaya inteqrasiyanın İrəvanın "suveren hüququ" olduğunu vurğulayıb və "bir çox onilliklər ərzində Aİ-yə üzvlüyü diqqət mərkəzində saxlayan, lakin Brüsseldən o qədər də qarşılıqlı münasibətlə qarşılaşmayan" Türkiyənin nümunəsini xatırladıb.

Əlbəttdə, o da  gün kimi aydındır ki, Ermənistan nə indi, nə bir ildən sonra, nə də beş ildən sonra Avropa İttifaqına üzv olmayacaq. Lakin Avropa İttifaqı ilə danışıqlar prosesində öz layihələrinə qoşulmaq, ondan pul qoparmaq, eləcə də iqtisadi, siyasi, hətta hərbi dəstək almaq istəyir. əslində bu cür ambisiyalara düşmək bölgədə hər kəsin üz çevirdiyi Ermənistana Qərbdən daha çox pul qoparmaq üçün göydəndüşmədir. Bu prosesdən çıxarılan yeganə məntiq budur ki, xəyal belə olsa bu planda N.Paşinyanı şəxsən Qərb qurumlarından qoparacağı milyonlar, Qərbdəkiləri isə Cənubi Qafqazda yeni xaos ocağı yaratmaq düşündürür. Hər kəs qazanmaq istəyir, Ermənistan itirsə belə.."

Namiq Quliyev




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi...Məkkə “paktı” başladı...

07.10.2026 / 19:20
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ