çərşənbə günü, 07 oktyabr 2026
     

Dilçilikdə Afad Qurbanov fenomeni

Image


Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın üz­vü,  Türk dil qurumunun üzvü, Əmək­dar elm xa­di­mi, Döv­lət mü­ka­fa­tı lau­rea­tı, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, ölkəmizdə  hazırda istifadə olunan  Azərbaycan əlifbasının müəllifi  A.Qurbanov çoxcəhətli elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidmətləri olmuşdur. Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan A.Qurbanov "Azərbaycan ədəbi və danışıq dili" (1965), "Müasir Azərbaycan ədəbi dili" (1967), "Ümumi dilçilik" (I, II cild), "Türkoloji dilçilik" (5 cilddə), "Müasir Azərbaycan ədəbi dili" (2 cildlik), "Azərbaycan dilçiliyi problemləri" (3 cildlik), "Azərbaycan onomastikası", "Antroponim nəzəriyyəsi", "Poetik onomastika" (1988), "Azərbaycan dilinin onomalogiyası" (2 cildlik) (1988), "Azərbaycan onomastika məsələləri" (1986), "Dünyanın dil ailələri" (1994), "Azərbaycan onomalogiyasının əsasları (2 cild- də) və s.  problemlərlə bağlı 70 monoqrafiya  və 500-dən çox elmi məqalənin müəllifidir. Bu əsərlərdə dilçiliklə bağlı  aktual məsələlər, problemlər, elmi anlayışlar dəqiqləşdirilmiş,  dil və dilçilik tarixi ilə əlaqədar yeni təsniflər verilmişdir. Onun əsərlərində Azərbaycan dilçiliyinin inkişafı, perspektivləri, dilçiliyin linqvistik və fəlsəfi nəzəri əsas üzərində təşəkkül tapması, elmlərin təsnifi problemi, dilçilik tarixinin müəyyənləşdirilməsi problemlərinə aydınlıq gətirilmişdir. A. Qurbanovun müasir Azərbaycan ədəbi dilində fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya, onomalogiya, derivatologiya və başqa sahələrlə bağlı obyektiv fikirləri bu gün də öz orijinallığını saxlayır. 

A.Qurbanov Azərbaycan ədəbi dili, türkoloji dilçilik, dil universiyaları, ümumi dilçilik, onomalogiya, leksikologiya, nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat, ali məktəb pedaqogikası və metodikası kimi sahələrlə bağlı dəyərli tədqiqatlar aparmışdır.  Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika məsələlərinin sistemli şəkildə həlli, tədqiqi A.Qurbanovun adı ilə bağlıdır. Onomastika dilçiliyin  sahəsi kimi xüsusi adları (insan adları, coğrafi adlar, tayfa adları və s.) öyrənir və tədqiqat obyektindən asılı olaraq antroponimika, toponimika, etnonimika və s. bölmələrə bölünür. Azərbaycan dilindəki şəxs adlarının spesifik xüsusiyyətlərini, onların mahiyyətini, sistemini, əmələ gəlməsini,  mənşəyini, məna əsasını, yayılma regionunu, quruluşunu, inkişaf tarixini, təkmilləşməsini, üslubi imkanlarını, bir dildən başqa bir dilə transliterasiyası antrotoponimikanın əsas problemləri kimi ilk dəfə alimin əsərlərində araşdırılmışdır. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişaf dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran  A.Qurbanov olmuşdur. Alim Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Onomastika Cəmiyyəti və Onomastika Elmi Mərkəzi yaratmış, 25 sentyabr tarixini "Onomastika günü" kimi təsis etmiş, "Onomastika" adlı elmi-onomastik jurnal nəşr etdirmişdir. 

Görkəmli türkoloqun onomalogiya  məsələlərinə dair 100-ə qədər məqaləsi, "Antroponim nəzəriyyəsi", "Azərbaycan onomastikası" və "Azərbaycan onomalogiyasının əsasları" (2 cild) monoqrafiyaları nəşr olunmuşdur. Bu əsərlərdə xüsusi adların qrupları və  yarımqrupları türkologiyada ilk dəfə müəyyənləşdirilmiş, onomalogiyanın elmi-nəzəri  əsasları hazırlanmışdır. Bu baxımdan Azərbaycan dili onomalogiyasının müstəqil bir nəzəri dilçilik şöbəsi kimi formalaşması bilavasitə professor Afad Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin onomalogiya ilə bağlı  ən fundamental əsəri  1988-ci ildə nəşr olunmuş, Dövlət Mükafatına  layiq görülmüş "Azərbaycan dilinin onomalogiyası" kitabıdır. Akademik M.Şirəliyev yazırdı ki,  Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur. 

1976-cı ildə nəşr olunan "Dilçiliyin sistemi" əsərində dilçilik elmi, dilçiliyin sahələri, dilçiliyin şöbələri və onların aktual problemləri araşdırılmışdır. Xüsusilə, dilçilik elminin obyekti, nəzəri və tətbiqi dilçilik, ümumi dilçiliyin aktual problemləri konseptual səviyyədə tədqiq edilmişdir. Görkəmli dilçi akademik  Ağamusa Axundov yazırdı ki, Azərbaycan dilçiliyinin parlaq siması A.Qurbanovun Ümumi dilçiliklə bağlı tədqiqatları dilçiliyimizin uğurudur. Bununla yanaşı, türk dilləri qrupunun dəqiqləşdirilməsində yeni mülahizə və konsepsiyalar irəli sürülmüşdür. Bununla da dilçilik elminin ümumi dilçilik məsələlərinə dərindən bələd olan Afad Qurbanov respublikamızda ilk "Ümumi dilçilik" dərsliyini yazmaqla tələbələrə və bu sahə ilə maraqlanan tədqiqatçılara çox qiymətli töhfə verdi. N.Cəfərov yazır ki,  Afad Qurbanovun "Ümumi dilçilik" əsərində dünya dilçiliyinə, o cümlədən türk dillərinin mövqeyinə dair yeni elmi konsepsiyalar irəli sürüldüyündən bu kitab türk, rus, ingilis və fransız dillərinə tərcümə olunmuş və xarici dilçi alimlərin və geniş oxucu kütləsinin böyük marağına səbəb olmuşdur. Afad Qurbanov ümumi dilçilik sahəsində əldə etdiyi elmi nailiyyətləri, əsasını qoyduğu ümumi dilçilik elmi məktəbi ilə Azərbaycan dilçiliyi ilə yanaşı, dünya dilçiliyinin və türkoloji dilçiliyin inkişafına öz tarixi töhfəsini vermişdir.

A.Qurbanov dünya dilçiliyinin ən vacib problemlərindən  birini-dil ailələrinin dəqiq müəyyən­ləş­­­dirmiş və Altay dillər ailəsini altı qrupa  1. Türk dilləri (23 dil), 2. Monqol dilləri qrupu (3 dil), 3. Tunqus dilləri qrupu (3 dil), 4. Mancur dilləri qrupu (5 dil), 5. Koreya dili (1 dil), 6. Yapon dilinə (1 dil) ayırmışdır. Müəllif  Altay dilləri ailəsinin tərkibində olan dillərin 64 faizini türk dilləri təşkil etdiyini xüsusi qeyd etmişdir. A. Qurbanov Altay dilləri ailəsində 23  türk dilinin oduğunu qeyd edərək, tarixi inkişaf və linqvistik  əlamətlər əsasında beş yarımqrupda - oğuz dilləri, qıpçaq dilləri, bulqar dilləri, karluq dilləri, tukyuy dilləri yarımqrupuna bölərək təsnif etmişdir. Alim ümumi dilçilik problemlərinə və dünya dillərinin təsnifatına dair yeni fikirlər söyləmiş və onun bölgüsü türkologiyada qəbul edilmişdir. 

Azərbaycan Respublikası 1990-cı ildə  müstəqillik əldə etdikdən sonra Kiril qrafikasından latın qrafikasına keçid əsas məsələlərdən biri kimi  görkəmli alim Afad Qurbanovun rəhbərliyi ilə  geniş müzakirə olunmuşdur. Alim kiril əlifbasının müasir tələblərə cavab vermədiyini əsaslandıraraq yazırdı ki, kiril qrafikası Azərbaycan dilinin bütün incəliklərinə, onun tələblərinə cavab vermir və indi işlətdiyimiz kiril qrafikalı əlifbada bir sıra düzəldilməsi mümkün olmayan qüsurlar vardır. Eyni zamanda kiril qrafikalı əlifba xalqımızın milli mədəniyyətinin birləşməsinə ancaq mənfi təsir göstərir. Müxtəlif yerlərdə yaşayan azərbaycanlılar bir-birinin nailiyyətləri haqqında birbaşa məlumat ala bilmirlər, milli mədəniyyət arasında möhkəm əlaqə yaranmır. Buna görə də xalqımızın birliyi, onun iqtisadi, siyasi və mədəni inkişafı üçün mütərəqqi və yararlı əlifba lazımdır. Bu da indi və gələcəkdə özünü doğrulda bilən latın qrafikası əsasında yeni əlifbadır. Afad Qurbanov yeni əlifbanın latın qrafikası əsasında tərtib edilməsinin vacib tərəflərini elmi cəhətdən əsaslandırmışdır. Azərbaycan əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanı bəziləri kiril, bəziləri ərəb, bəziləri isə latın əsaslı əlifbanın qəbul edilməsini təklif etmişdir. Görkəmli alimin  tə­şəb­bü­sü ilə 1990-cı il­də Azər­bay­can Əlif­ba Ko­mis­si­ya­sı yaradılmışdır. Bu sa­hə­də­ki uzunmüddətli  ya­ra­dı­cı­lıq işləri nə­zə­rə alı­na­raq Azər­bay­can SSR Elm­lər Aka­de­mi­ya­sı­nın o za­man yeganə dil­çi alim üz­vü olan Afad Qur­ba­nov hə­min Ko­mis­si­ya­nın səd­ri se­çil­miş­dir. Afad Qurbanov yeni əlifbanın yaradılmasında latın qrafikasının vacib tərəflərini şərh etmişdir. Latın qrafikalı müasir Azərbaycan əlifbasına keçilməsi, onun Azərbaycan dilinin ədəbi-bədii xüsusiyyətlərinə uyğun gəlməsi Afad Qurbanovun təşəbbüsü sayəsində əlverişli sayılmış və müsbət şərh olunmuşdur. Bu dövrdə yeni əlifba ilə bağ lı bir sıra versiyalar irəli sürülsə də görkəmli dilçi alim A.Qurbanov latın qrafikalı Azərbaycan əlifbasını daha məqsədəuyğun hesab etmiş və onun təklifləri müzakirə olunmuşdur. A.Qurbanov əlifbanın müxtəlif variantlarını hazırlamış və bu variantları hazırlayarkən beynəlxalq təcrübəni əsas götürmüşdür. Alimin hazırladığı müxtəlif əlifba variantları Azərbaycan əlifbasının tarixi ilə sıx bağlıdır. Latın qrafikalı müasir Azərbaycan əlifbasına keçil­məsi, onun Azərbaycan dilinin ədəbi-bədii xüsusiyyətlərinə uyğun gəlməsi  Afad Qurbanovun tərəfindən irəli sürülmüş, hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmiş və istifadəyə verilmişdir.  A.Qur­ba­no­vun ha­zır­la­dı­ğı əlif­ba la­yi­hə­sində müa­sir əlif­ba­nın ya­ra­dıl­ma­sı və ona ve­ri­lən tə­ləb­lər nəzərə alınmışdır. Azərbaycan dilinin əlifbasında yazı üçün 32 hərf öz əksini tapır. Qeyd olunan hərflərdə müasir Azərbaycan ədəbi dilinin fonetik xüsusiyyətləri nəzərə alınmışdır. Ümum­xalq sər­və­ti olan bu­gün­kü əlif­ba xal­qı­nı də­rin­dən se­vən,  gör­kəm­li dil­çi­ alim,  aka­de­mik Afad Qur­ba­no­vun el­mi və ic­ti­mai fəa­liy­yə­ti­nin bəh­rə­si ki­mi Azər­bay­can xal­qı­na ən bö­yük töhfələrindən bi­ri­dir. 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" qanunun qüvvəyə minməsi haqqında 34 saylı qərarla ölkəmizdə rəsmi olaraq latın qrafikalı əlifbaya keçildi. 1991-ci ilin dekabrında Afad Qurbanovun tərtib etdiyi  latın qrafikalı əlifba rəsmi olaraq qəbul edilmiş və yeni latın qrafikalı əlifbaya keçid ilk dəfə ölkəmizdə reallaşmışdır.  

 Alimi düşündürən problemlərdən  biri də ümumtürk əlifbası və ortaq türk dili yaradılması idi. Ortaq türk əlifbasının tərtibi  üzərində Afad müəllim  uzun müddət çalışmışdır. 34 hərfdən ibarət ümumtürk əlifbasının yaranmasında onun əməyi az deyildir. Özünün qeyd etdiyi kimi bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Hazırda Afad Qurbanov tərəfindən hazırlanan 34 hərfdən ibarət əlifba ümumtürk ortaq əlifba kimi qəbul edilmişdir.

Afad Qurbanovun çoxcəhətli yaradıcılığında bədii əsərlərin dilinin tədqiqi qırmızı bir xətt təşkil edir.  Onun "Bədii dilin linqvistik təhlili" əsəri dil hadisələrinin təhlilinə,  onun elmi nəticələrinə əsaslanır.  Afad Qurbanovun yaradıcılığında dialektologiya məsələləri də müəyyən araşdırılma predmeti kimi  diqqəti cəlb etmişdir. O, dialektoloji axtarışlarda öz sözünü demiş, bu sahədə düzgün araşdırmanın yeni istiqamətini müəyyənləşdirmişdir. Afad Qurbanov həm tətbiqi, həm də nəzəri dilçilik problemlərinin tədqiqi ilə dərindən məşğul olmuşdur. Tətbiqi dilçiliyin əlifba,  qrafika, yazı və onun növləri, orfoqrafiya, orfoepiya, leksikoqrafiya şöbələrinin aktual problemləri ilə bağlı tədqiqatlar aparmışdır. Görkəmli türkoloq dillər ailəsində Azərbaycan dilinin yerini müəyyənləşdirmiş, onun inkişaf tarixini, fonetik sistemini, lüğət tərkibini, qrammatik quruluşunu,  üslubiyyat və üslublar,   onların təsnifi məsələsi nəzəri dilçiliyin problemləri istiqamətində araşdırmışdır.

Görkəmli alim düzgün nitqdən danışarkən onun fonetik, orfoepik, leksik, onomastik, semantik, frazeoloji, dervitoloji, morfoloji, sintaktik və üslub normalarının hər birinin fərdi xüsusiyyətlərini təhlil etmişdir. A.Qurbanovun yaradıcılığında müasir dilçilik problemləri ilə yanaşı Azərbaycan dilinin tarixi ilə bağlı yazılarında dilin ulutürk - ilk türk dili bünövrəsi, Azərbaycan ədəbi dilinin formalaşması və inkişafı, sabitləşmə dövrü, ədəbi dil tarixi,  konkret dil faktları əsasında araşdırılmışdır.  A.Qurbanovun Altayşünas, türkoloq kimi fəaliyyəti Sovet dövründə əhatəliyi ilə diqqəti cəlb edir. O, 1984-1989-cu illərdə SSRİ Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Türk Onomastika Bölməsi bürosunun  üzvü, Tədris Metodiki Bölməsinin rəhbəri, sonradan həmin Komitənin sədr müavini vəzifələrində çalışmışdır. Türkoloji dilçiliyin inkişafındakı xidmətlərinə görə A.Qurbanov Türk Dil Qurumunun üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir. Eyni zamanda o, Azərbaycan Milli Elmlər Akademiyasının tədbirlərində fəal  iştirak etmişdir. Afad müəllim AMEA-nın Terminologiya Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Komissiyanın, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, İctimai elmlər üzrə Əlaqələndirmə Şurasının, Nəsimi adına Dilçilik İnstitutunun Elmi və Müdafıə Şuralarının üzvü olmuşdur.

Afad Qurbanov 1959-cu ildən ömrünün sonuna qədər - əlli il ADPU-da müəllim, dekan, kafedra müdiri,  filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, 1981-1989-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) rektoru olmuşdur. Professor A.Qurbanov 1983-cü ildə Azərbaycan SSR EA-nın filologiya sahəsi üzrə müxbir üzvü seçilmiş, dünyanın bir sıra beynəlxalq və milli akademiyalarının akademiki, o cümlədən Türk Dil Qurumunun üzvü seçilmişdir. 1990-1994-cü illərdə Milli Məclisin üzvü olmuşdur.

Gцrkəmli alim Beynəlxalq Pedaqoji Elmlər, Rusiya Pedaqoji və Sosial Elmlər, Nyu-York Akademiyalarının akademiki, Türk Dil Qurumunun fəxri üzvü, Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika Cəmiyyətinin, Finlandiyanın Fin-Uqor Cəmiyyətinin həqiqi və fəxri üzvü olmuşdur. Görkəmli azərbaycanşünas alim, dünya şöhrətli türkoloq Afad Qurbanov Azərbaycan dilçiliyi sahəsində səmərəli və dəyərli araşdırmalarını  ömrünün sonuna qədər davam etdirmişdir. O, dünyanın  bir çox ölkələrində, xüsusilə, Amerika, Türkiyə, Rusiya, İran və başqa xarici ölkələrdə elmi səfərlərdə olmuş, Türkiyənin Ankara, İstanbul, İzmir, Adana, Qeysəriyyə, Konya, Trabzon və başqa şəhərlərində uluslararası toplantılarda türkoloji dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələr etmişdir. AMEA-nın müxbir üzvü Afad Qurbanov elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı gənc kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı.  A.Qurbanov minlərlə filoloq-müəllim yetişdirmiş,  50-dən çox elmlər namizədi və doktorunun elmi rəhbəri olmuşdur. Ali pedaqoji təhsilin inkişafına xüsusi diqqət yetirən və onun nəzəri problemləri istiqamətində özünəməxsus təşkilatçılıq nümayiş etdirən Afad Qurbanov müasir Azərbaycan ədəbi dilinin araşdırılmasında, tədrisində və inkişafında xüsusi xidmət göstərmişdir. Elmin inkişafında və yüksək ixtisaslı  kadrların hazırlanmasına xidmətlərinə görə A.Qurbanov dəfələrlə dövlət başçısının, Respublika Ali Soveti, Elmlər Akademiyası və Təhsil Nazirliyinin Fəxri Fərmanlarına, mükafatlarına, 1981-ci ildə Azərbaycan SSRİ "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan dilçiliyinin korifeyi Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan təhsilinə, Azərbaycan  dilçiliyinə, ana dilimizin inkişafına, əlifbamızın təkmilləşdiril­mə­si­nə həsr etmiş görkəmli türkoloqdur.  

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

Terminologiya Komissiyasının sədr müavini, filologiya

 elmləri doktoru, professor Sayalı Sadıqova




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ