çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbin yalan vədlərinə inanan Ermənistan xalqını fəlakətə sürükləyir

Image


Vətən müharibəsindən sonra Ermənistanı sülh proseslərindən yayındıraraq silahlandıran dövlət birincisi Fransadırsa, ikincisi Hindistandır.

2024-cü il 18 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində dediyi kimi "Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik".

Fransanın və Hindistanın Ermənistanı silahlandırmasının səbəbləri nədir?

Birincisi, Vətən müharibəsində Türkiyənin və Pakistanın Azərbaycanı siyasi və mənəvi cəhətdən dəstəkləməsi.

Makron hakimiyyətli Fransa anti-Türk siyasət yeridən şovinist dövlətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP 29-da Fransanın neokolonializm siyasətini ifşa edərək Makron siyasətini tənqid etməsini Makron həzm edə bilmir. Öz ölkəsində vəziyyəti düzəltmək əvəzinə, Cənubi Qafqazın işlərinə müdaxilə edir. Gürcüstandakı president seçkilərinə müdaxiləsi də bununla bağlı idi, Dinc yaşamağa üstünlük verən gürcü xalqı Makronun qızışdırıcı mövqeyinə fikir verməyərək öz seçiminin üzərində qaldı. Makron Afrikada, kiçik ada dövlətlərində əhalinin etiraz aksiyalarından sonra başa düşmüşdür ki, daha həmin əraziləri istismar edə bilməyəcəkdir və imdad axtaran Ermənistanın vasitəsilə Cənubi Qafqazda möhkəmlənməyə cəhd edir. Ermənistan elə bir dövlətdir ki məğlubiyyətinin əvəzinə hətta bütün terrorçu qüvvələri öz ərazisində toplamağa hazırdır, nəinki Fransanı, Hindistanı, yaxud ABŞ-ı.

İkincisi, Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında bəyannamə.

Üçüncüsü, Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında bəyannamə.

Qərb Azərbaycan Respublikasının müstəqil siyasət yeritdiyini görməzlikdən gəlir. Prezident İlham Əliyevin Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində dediyi kimi, "xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir".

Dördüncüsü, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığı Fransa ilə yanaşı, Hindistanı Pakistanla problemləri olan bir dövlət kimi qıcıqlandırır. Bildiyimiz kimi, Hindistan və Pakistan arasındakı rəqabət Kəşmir münaqişəsi ilə bağlıdır. Hindistan 2022-ci ilin payızında Ermənistana 245 milyon dollar dəyərində artilleriya sistemləri, tank əleyhinə raketlər və döyüş sursatları verdi, 2023-cü ildə İrəvanın Yeni Dehlidəki səfirliyinə hərbi attaşe təyin etməsi isə ikitərəfli hərbi əməkdaşlığın dərinləşdirilməsi məqsədini daşıyır.  İki ölkə arasında hərbi əməkdaşlığa dair 250 milyon dollarlıq müqavilə mövcuddur. 2020-ci ildə Hindistan Ermənistana 40 milyon dəyəri olan 4 "Swathi" kontr batareya radarı tədarük etmişdi və s. 

Prezident İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində dediyi kimi "Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir".

Vətən müharibəsindən sonra da Fransa Ermənistanı silahlandırmaqda, müdafiə əlaqələrini gücləndirməkdə davam edir. Ermənistan və Fransa CAESAR özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzaladılar. Fransanın "Arquus" qrupunun istehsalı olan "Bastion" tipli 24 zirehli texnika Ermənistana göndərildi. "Demokratik dövlət", sülh dövləti" bunu nə üçün edir? Afrika dövlətlərinin, kiçik ada dövlətlərnin ciddi müqaviməti ilə üzləşən Fransa Cənubi Qafqazda möhkəmlənməyə cəhd edir. Fransa regiona gəlmək üçün Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçiliyindən istifadə edir. Fransa tarixən düşmən olduğu Türkiyənin siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın zəfərini və Türkiyənin Cənubi Qafqazda nüfuz qazanmasını, Azərbaycanın dünya dövlətləri qarşısında Fransanın kiçik ada dövlətlərində, Afrikada siyasətinin əsl mahiyyətini dünya dövlətləri qarşısında bəyan etməsini həzm edə bilmir. Fransanın Cənubi Qafqazda möhkəmlənmək arzusunu Gürcüstanda prezident seçkilərinə müdaxiləsi də göstərdi. COP 29-dan sonra Fransanın yeni müstəmləkəçilik siyasəti yeritdiyi Afrika, kiçik ada dövlətlərində etiraz mitinqlərinin genişlənməsindən sonra Fransaya aydın oldu ki, artıq o bu dövlətlərdə möhkəmlənə bilməyəcəkdir. Buna görə də Cənubi Qafqazda yerləşmək üçün Ermənistana öldürücü silahlar verməklə müharibəyə təhrik edir. Hələ 2023-cü il aprelin 20-22-də keçirilən sorğu nəticəsində məlum olmuşdur ki, Fransada xalqın 69 faizi Makronu daha prezident kimi görmək istəmir. Əhali Makronun sosial siyasətindən, səhiyyə, təhsil siyasətindən narazıdır. COP 29-da Prezident İlham Əliyev Fransanın neokolonializm siyasətinin nəticəsi olaraq Sakit okean və Karib adalarında olan ərazilərin, Fransanın Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sent-Pyer və Mikelon, Sent-Mert və Sent-Varfolomey, Niderlandın  Aruba, Kurasao, Sent-Marten, Boneyr, Sent-YefstaxiyMonayre və Saba kimi müstəmləkələrinin xalqlarının ciddi çətinliklərlə üzləşdiklərini, iqlim dəyişmələrinin ən ağır təsirinə məruz qaldıqlarını bildirdi. Prezident qeyd etdi ki, 1946-1947-ci illərdə bu ərazilər özünü idarəedən ərazilər kimi bəyan edilsə də, yeni problemlər yaşanr. Bu ərazilərdə Fransa tərəfindən çox sayda nüvə sınaqları aparılıb və Fransa torpaqların zəhərlənməsində, zərərin vurulmasında, çirklənməsində günahkardır və əgər biz burada 17 nüvə sınağının məhz Əlcəzairdə işğal zamanı keçirilməsini nəzərə alsaq, biz anlaya bilərik ki, bir planetin ekosisteminə nə dərəcədə böyük zərər vurulubdur. Beləliklə, dəniz ərazisində olan cinayətlərə gəldikdə, bu yaxınlarda əlbəttə ki, rejim tərəfindən insan hüquqlarının pozulmasının şahidi olduq ki, 169 vətəndaş qətlə yetirilmişdir.

Makron rejimi tərəfindən 170-ə yaxın insan həbs olunmuşdur. Qvadalupa və Martinikanın etiraz aksiyalarında bir sıra vətəndaşlar həbs olunmuşdur.

Türkiyəni 1915-ci ildə "erməni soyq¬ırımı" törətməkdə günahlandıran Fransa, müstəmləkəsi olan Əlcəzairin 1954-cü ildən 1962-ci ilə qədərki dövrdə müstəqillik uğrunda mübarizəsində 1 milyon əlcəzairlini qətlə yetirmişdir. Fransanın Liviyada həyata keçirdiyi siyasət, Liviyanın bö¬lünməsinə verdiyi dəstək də insanlıq ölçülərindən kənar siyasətdir. 1976-cı ildə Fransa Qəmər adalarının süverenliyinin tanınması haqqında qətnaməyə veto qoydu. Son zamanlarda Fransada Prezident Emmanuel Makron hakimiyyətinin təqaüdlə bağlı islahatlarına etiraz edən on minlərlə insan və po¬lis əməkdaşları arasında iğtişaş yaranmış, tətil edən "sarı jiletlilər" atla, itlə döydürülmüşlər, onlarla insan öldürülmüşdür. 2024-cü ilin mayından başlayaraq Yeni Kaledoniyada Fransanın müstəmləkəçiliyindən azad olmaq üçün yenidən etirazlar başlamışdır. Fransa öz müstəmləkəçilik siyasətindən əl çəkmək, insan hüquqlarının müdafiəsinə riayət etmək əvəzinə başqa dövlətləri müdaxilədə günahlandırır. Halbuki Yeni Kaledoniyada 2018, 2020 və 2021-ci illərdə də Fransanın müstəmləkəçilik siyasətinə qarşı etirazlar edilmişdir. Bütün bunlar demokratiyadan ağız dolusu danışan Fransanın demo¬kratik dövlət olmadığını, XXI əsrdə  də öz müstəmləkəçilik siyasətindən əl çəkmədiyini göstərir. Cənubi Qafqazda möhkəmlənmək üçün Ermənistanı öldürücü silahlarla təmin edən Fransa onun sülh proseslərində iştirak etməsinə ciddi mane olur, yalan vədlərə inanan Ermənistan isə xalqını fəlakətə sürükləyir.


Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent

AMEA Qafqazşünaslıq İnstitutunun direktor v.i.e.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ