Bazar günü günü, 22 noyabr 2026
     

Suriya uğrunda savaş qızışır – Rusiya da oyunun içindədir...

Image


Mətləb Salahov: "Vladimir Putin Suriyadakı yeni proseslərdə əsas iştirakçılardan biri olmağa çalışır və Türkiyəyə qarşı "kürd kartını" yeni formada işə salır"

 "Hazırda Suriya uğrunda dünya güclərinin amansız mübarizəsi başlayıb"


Bəşər Əsəd və ailəsinin 61 illik hakimiyyəti süqut etsə də, daima onları dəstəkləyən Rusiya yenə Suriyadakı proseslərdə iştirak etməkdə israrlıdır. B.Əsədin tonlarla qızıl və milyardlarla dolları Moskvaya daşımasından sonra bir çoxları Vladimir Putin hakimiyyətinin Suriyadakı proseslərdə gözləmə mövqeyi tutacağını düşünsə də bu baş vermədi. Jurnalist-ekspert Mətləb Salahov "Bakı-xəbər"ə açıqlamasında bildirib ki, artıq Moskvada yeni Suriya ilə bağlı yep-yeni planlar hazırlanıb və Kremldəki sonuncu mətbuat konfransında Vladimir Putin artıq bunun ilkin mesajlarını da vermişdi. Türkiyənin Suriyadakı son proseslərdə, xüsusilə B.Əsəd rejiminin devrilməsindəki aktiv rolundan qəzəblənən V.Putin, kürdlərin bu torpaqlarda özlərinin dövlət qurmaq hüququ barədə danışmışdı: "Elə həmin mətbuat konfransındaca bir çox analitiklərə məlum oldu ki, V.Putinin Rusiyası B.Əsədin devrilməsindən sonra Suriyadakı proseslərə "od vurmaq" üçün gün sayır. Qısaca xatırlatma edək. Həmin mətbuat konfransında V.Putin bunları deyirdi: "Bəzi avropalı siyasətçilər mənə xatırlatdılar ki, Birinci Dünya müharibəsindən sonra kürdlərə öz dövlətlərini yaratmaq vəd edilib, lakin onlar aldanıblar. Bu gün bölgədə 30-35 milyon kürd yaşayır və bu, ciddi kürd problemi yaradır. Türkiyənin Kürdüstan Fəhlə Partiyası (PKK) ilə onilliklərdən bəri problemi var. Bununla belə, Türkiyə ilə kürdlər arasında şiddətin artmasının qarşısını almaq vacibdir. Türkiyənin təhlükəsizliyinin təmin edilməsi kürd qüvvələrinin öz sərhədindən uzaqlaşdırılmasını tələb edə bilər, lakin bu, danışıqlar məsələsidir".
 Keçmiş KQB generalı açıq-aşkar masaya kürd məsələsini gətirir və Moskvanın bölgədəki yeni proseslərə bu "kartdan" istifadə edərək müdaxilə edəcəyini elan edirdi. Bəli, son proseslər məhz Türkiyənin siyasi dirijorluğu ilə baş verdi və heç şübhəsiz ki, Moskva və Tehran Suriyadakı acınacaqlı məğlubiyyətləri üçün ilk hədəf kimi Türkiyəni seçəcəklər. Əlbəttdə, V.Putin kimi təcrübəli siyasətçi gərək vaxtında B.Əsədi "əldən çıxarıb" Suriyada çevik proseslərə başlamalı idi. Açıq-aşkar görünür ki, bütün rıçaqları çürümüş B.Əsəddən beş əllə yapışıb durmaq Moskva üçün baha başa gəlib və indi V.Putin üzdən müttəfiq dediyi Türkiyə və Ərdoğana qarşı Suriyada ciddi mübarizəyə başlayır. ABŞ-la yanaşı PKK və YPD kimi teror təşkilatlarına "atalıq edən" Moskva, yeni dönəmdə onları işə salmağa qərar verib. Üstəgəl Suriyadakı hərbu qüvvələrini də bölgədə saxlamağa qərar verən Moskva, Suriyadakı yeni qüvvələrlə dil tapmaq və siyasi mövcudluğunu sürdürmək üçün var gücünü ortaya qoyacaq.
 Əlbətdə, bu iş daxili silahlı qruplaşmalar arasındakı toqquşmaları alovlandlırmaq, Moskvanın maraqlarını nəzərə almasa, hazırkı yeni hakimiyyət qüvvələrinə qarşı müxalif qüvvələri, xüsusilə PKK və onun törəmələrini ayağa qaldırmağa qədər gedib çıxa bilər. Onsuzda hazırda Suriya keçid hökumətinin rəhbəri Əhməd əş-Şara hakimiyyəti ilə açıq düşmənçilik edən PKK və digər silahlı qruplaşmalar əlbəttdə istənilən an Moskvanın "əlinə oynaya bilər". Necə ki, bu vaxta qədər bu terror qruplaşmaları bölgədə ABŞ-la yanaşı Moskvanın da əlinə oynayıblar. Elə Türkiyənin özünə qarşı. Əlbəttdə Suriyadakı yeni proseslərdə İran da Rusiyanın yanında yer alır. Onsuz da bölgədə heç vaxt müstəqil mövqeyi olmayan rəsmi Tehran daima Moskvanın arxasınca "sürünüb". İsrail tərəfindən Yaxın Şərqdə HƏMAS və "Hizbullah" kimi əsas "qolları kəsilən" rəsmi Tehran da Türkiyədən qəzəblidir və NATO ölkəsi sayılan rəsmi Ankaranın cəzalandırılması üçün nə desən etməyə hazırdır. Bundan başqa bölgədə İsrail, ABŞ, Fransa və Almaniyanın da aktiv hərəkətə keçməsi Rusiyanı daha qabağa düşməyə və yeni Suriya siyasi xəritəsində daha tez mövqe tutmağa sövq edir.
 Əlbəttdə, hər kəsə məlumdur ki, dünya gücləri Suriyada öz maraqlarını təmin etməsələr, bu ölkədəkli silahlı qarşıdurmalar heç zaman bitən deyil. Elə Qərb ölkələrinin liderləri və XİN rəhbərləri səviyyəsindəki açıqlamalar da açıqca onu sübut edir ki, Dəməşqdəki sakitlik onların maraqlarının nəzərə alınması ilə mümkün ola bilər. Baxın görün Almaniya XİN rəhbəri Annalena Berbok Dəməşqə səfəri zamanı nə bəyanat verir. SİTAT: "Almaniya xarici işlər naziri səfərini Avropa ilə Suriya arasında yeni bir siyasi başlanğıcın mümkünlüyü barədə açıq mesaj vermək məqsədilə həyata keçirdiklərini açıqlayıb. O qeyd edib ki, yeni başlanğıc yalnız bütün suriyalılara ayrı-seçkilik edilmədən hüquq və müdafiə təmin edildikdə və siyasi proseslərdə yer verildikdə mümkün olacaq." Üstəlik adı qara dərili zəncilərlə seks skandalında hallanadırılan bu alman xanım nazir, Rusiyanı öz qoşunlarını Suriyadan çıxarmağa dəvət edib. Buyurun, bu da sizə B.Əsəddən sonrakı yeni Suriya üçün qoyulan ŞƏRT!
 Xüsusilə Suriyanın böyük təbii sərvətləri olan ərazilər uğrunda Qərb dairələri ilə yanaşı Rusiya da aktiv mübarizəyə qoşulur. Çox güman ki bu məsələdə Qərblə yanaşı Rusiya da Türkiyəyə qarşı əks mövqedə dayanacaq. Nəzərə alsaq ki, Suriyanın böyük iqtisadi potensial coğrafiyasına hazırda PKK və YPG kimi türror təşkilatları nəzarət edir, o zaman bu prosesin qansız-qadasız sovuşmayacağı gün kimi aydındır. Gün kimi aydındır ki, həm Qərb, həm də hazırda Ukraynada ona düşmənçilik edən Rusiya Türkiyənin Suriyadakı yeni aparıcılıq missiyasından, keçid höküməti formalaşdırmasından bərk narahatdırlar. Həttda bu məsələnin əsl mahiyyəti başqa olsa belə.

Bütün bu baş verənlərdən sonra gəlinən nəticə odur ki, Suriya yenə də "qaynar qazan" olmağa davam edəcək. Bu torpaqlarda mövcud olmaq üçün çarpışan qüvvələr bu ərazilərdə dinc, sivil inkişaf üçün qapıları çoxdan qapadıblar."

Namiq Quliyev




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ