çərşənbə günü, 07 oktyabr 2026
     

26 azərbaycanlımın əsl QATİLİ KİMDİR?

Image


Putinmi, Kadırovmu, yoxsa başqaları?
 
2024-ün son günləri bizi əməllicə kədərə boğdu. 26 Azərbaycan vətəndaşı Çeçenistandakı cinayətkar cəlladların bilərəkdən təyyarəmizi hədəfə alması ilə faciəli şəkildə həyatla vidalaşdılar.  Bəli, məhz CİNAYƏTKAR CƏLLADLAR! Məhz bu cəlladlar böyük arzuları olan gəncləri, yeni ili yaxınları ilə keçirmək üçün, doğmalarına baş çəkmək istəyi ilə yola çıxan insanları yandırıb məhv etdilər... Bu günahsız, məsum insanlar Qroznudakı cinayətkar, özbaşına hərəkət edən cəlladların "qəhrəmanlıqlarının" qurbanı oldular. Bilmirəm, müki Azərbaycan təyyarəsinin Qroznu üzərində vurulmasını hansı alçaq, insanlıq düşməni olan birisi əmr edib - mənim üçün artıq 26 nəfər vətəndaşımı itirəndən sonra bu cəlladın kimliyi o qədər də önəmli deyil. Mənim üçün vacib məqam şəxsən Vladimir Putinin məsələyə susqunluğu, sanki heç nə olmayıbmış kimi hərəkət etməsidir. Dünyanın iki supergücündən biri sayılan Rusiyanın rəhbəri Kremldəki kabinetində otura-otura mülki Azərbaycan təyyarəsinin necə vurulmasını əla bilir.
 O, hər şey haqqında dəqiq məlumata sahibdir. Yoxsa bircə saat belə Rusiyada hökmranlıq edə bilməz.
 Amma V.Putinin MDB Sammitində özünü gülünc şəkildə "soyuqqanlı" aparması, 26 nəfər dinc insanın qanına qəltan edildiyi təyyarə cinayətini sanki sıradan bir qəza kimi ciddiyə almaması, bir neçə versiyanı da göz önünə gətirir. Ya V.Putin artıq illərdir hakimiyyət sistemində bəsləyib formalaşdırdığı cinayətkar qruplaşmalara nəzarət etmək imkanını itirib, ya Rusiyanın federasiya subyektlərində "it yiyəsini" tanımır, ya Ukrayna Rusiyanı elə küncə sıxıb ki, artıq normal dövlət imicindən çıxıb hava səmasında qaranquşlara da güllə atacaq həddə çatıb. Bəlkə keçmiş KQB generalı sadəcə Azərbaycandan üzr istəyib hesab verməyi özünə "yaraşdırmır"? Amma ən vacibi - bəlkə Kreml sahibindən Azərbaycana şifrəli xəbərdarlıq?. Gəlin bütün bu versiyalara səbrlə nəzər yetirək.
 Neçə illərdir mətbuatda olan, ictimai-siyasi prosesləri izləyən biri kimi bu qənaətdəyəm ki, hazırda Qərbin topunun ağzında olan V.Putin şəxsən bu addıma razılıq verə bilməz. Hə, əgər Azərbaycana qarşı şəxsən şifrəli XƏBƏRDARLIQ "ehtiyacı" duymayıbsa! Çünki  Gürcüstan və Ermənistanın anti-Rusiya etirazları ilə çalxalandığı, Cənubu Qafqazda Rusiya əleyhinə nifrətin od püskürdüyü bir vaxtda Kreml sahibinin MDB-də tək-tük mehriban münasibətlərə sahib olduğu Azərbaycanın mülki təyyarəsini məhv etmək tapşırğı ağlabatan deyil. Bu, ilk növbədə V.Putinin özünün siyasi intiharı olardı. Onsuz da nüfuzlu dünya mediasında minlərlə dinc ukraynalının qətlində ittiham olunaraq "Ukrayna cəlladı" kimi ad çıxaran V.Putinin belə bir vaxtda bu addımı atması mümkünsüz görünür. Heç bir səbəb olmadan mülki təyyarəni vurub onsuz da üzərində olan beynəlxalq təzyqləri daha da artırmaq heç vaxt Rusiya liderinə sərf edəsi variant deyil. Praqmatik siyasətlə düşünsək, onda bu qəsdli faciənin qatilini V.Putin komandasında axtarmalı olacayıq. Özü də Çeçenistanda! Bəs, Qroznu üzərində Azərbaycan mülki təyyarəsini vurandan sonra heç olmasa onun eniş etməsinə belə icazə verməyən, 67 günahsız insanı bilə-bilə, QƏSDLİ şəkildə ölümün ağuşuna atan o CƏLLAD KİMDİR?
 Əlbətdə, əsas versiya illərdir V.Putinin "ərköyün övladı" kimi Çeçenistanda at oynadan, böyük çeçen xalqının dəyərlərini məhv edən, şəxsi düşmənlərini Qroznudakı vəhşi pələnglərinə yedizdirən, adı Rusiyada bir sıra sifarişli qətllərdə hallandırılan Ramzan Kadırov üzərində cəmləşir. Çeçenistanda feodal cəngəllik yaradan, daima etdiyi mənfi hərəkətlərlə Rusiyada qıcıq yaradan bu şəxs, Rusiyanın ən kiçik federasiya subyektində özünü ən böyük "padişah" kimi aparır, Rusiyanın nazirlərini ələ salır, təhqir edir, istədiyi qanunsuzluğu icra edir, bu azmış kimi digər ölkələrə belə "dil uzadır".
 Bölgədə V.Putinin "silləvuranı" kimi ad çıxaran bu adam belə görünür ki, artıq idarəolunmaz həddə çatıb və birbaşa arxalandığı, güvəndiyi V.Putinin özü üçün ciddi başağrısına çevrilməkdədir. Çünki Azərbaycan mülki təyyarəsinin vurulduğu gün Qroznu səmasında daha bir neçə hədəf vurulub və daha sonra Çeçenistanın hava təhlükəsizliyinə məsul olan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov mükafatlandırılıb. Özü də şəxsən R.Kadırov tərəfindən. Məgər feodal ailə təsərüfatı kimi idarə olunan bu federasiya subyektində mülki təyyarə ilə Ukrayna PUA-larını ayırd edən orta səviyyəli savad sahibi yox idi? Heç olmasa nədən qəzalı təyyarənin Qroznı və ətraf ərazilərə eniş etməsinə icazə verilməyib? Məgər həmin gün mülki aviareys barədə Qroznu aeroportunda "məlumatsız" olublar? Yoxsa 26 nəfər dinc azərbaycanlı R.Kadırovun Çeçenistanda yaratdığı ailə rejiminin ərköyünlüyünün qanlı qurbanı olub? Bu təyyarə faciəsi şəxsən V.Putin üçün böyük başağrısı olacaq, burası qaçılmazdır. Amma təkcə V.Putin üçünmü? Qətiyyən! Bu hadisə həm də bütün Rusiyanı boğaza yığan R.Kadırovun da sonunu gətirəcək. Çünki hazırda Rusiya elitasında bu adama şəxsi nifrət bəsləyən arzulamadığı qədər məmur var və üstəlik Rusiya cəmiyyəti də bu adamdan cana doyub. Bu gün R.Kadırov həm də V.Putin səltənətini corab kimi sökür. Bu həm də o deməkdir ki, V.Putinin illərdir əl üstündə saxladığı və bu gün Rusiyanı məhv edən kriminal məmur ünsürləri onun rejimini çökdürən "motora" çevrilir...

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ