Rusiyada incəsənət adamlarına qarşı "səlib yürüşü" davam edir. Əsasən Ukrayna ilə bağlı paylaşımlara görə təqib olunan müğənnilər, dərhal "cəsus" damğası ilə həbs olunurlar. Samara məhkəməsi rusiyalı müğənni Eduard Şarlottaya 5 il 5 ay həbs cəzası verib. Bu barədə TASS məlumat yayıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (nasizmin reabilitasiyası) və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci maddəsinin 1-ci hissəsi (vicdan və dini etiqad azadlığı hüququnun pozulması) ilə təqsirli bilinib. .
Son bəyanatında Şarlotta təxribat xarakterli videolarına, pasportun yandırmasına, Patriarx Kirill və Rusiya Federasiyasının digər yüksək rütbəli vətəndaşlarını təhqir etməsinə görə üzr istəyib. Eduard Şarlotta ötən ilin noyabrında Ermənistandan Sankt-Peterburqa gələrkən saxlanılıb.
Mətləb