Bazar günü günü, 22 noyabr 2026
     

21 illik Şərəf və Zəfər tariximiz

Image


Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı növbəti dəfə ağır tarixi sınaqlarla üzləşmişdi. Torpaqları işğal olunan, doğma yurd-yuvalarından qovulan çarəsiz xalq yenicə bərpa olunmuş müstəqilliyini birdəfəlik itirmək təhlükəsi qarşısında qalmışdı. Belə bir taleyüklü zamanda xalq bütün ümidini Heydər Əliyevə bağlamışdı. Odur ki, xalq təkidlə Heydər Əliyevin hakimiyyətə dəvət olunmasını tələb edirdi.

Belə ağır bir durumda iflic vəziyyətinə düşmüş və yalnız hadisələrin arxasınca sürünən o zamankı siyasi rəhbərliyin hakimiyyəti Heydər Əliyevə təhvil verməkdən başqa yolu qalmadı. 1993-cü ildə Azərbaycan xalqı müstəqil dövlət quruculuğunun Heydər Əliyevlə başlayan şərəfli yoluna qədəm qoydu.

Həmin dövrün hərbi - siyasi təlatümlərindən keçərək bu günün mənzərəsini yaratmaq heç də asan olmadı. İlk növbədə, günbəgün daha böyük itkilər və daha böyük sarsıntılar gətirən müharibəyə son qoymaqla ölkənin tarixi taleyində dönüş yaradan Heydər Əliyev qısa bir zamanda ortaya qoyduğu uğurlu enerji strategiyası ilə ölkəmizi yeni bir yola – Yeni Azərbaycanın şərəfli quruculuq yoluna çıxara bildi.

Qısa bir müddətdə geniş miqyaslı siyasi-iqtisadi islahatları həyata keçirməklə Heydər Əliyev ölkədə iqtisadi tənəzzülə son qoydu, ölkəyə xarici sərmayələrin axını təmin edildi və Azərbaycan özünün yeni inkişaf yoluna qədəm qoydu.Yeni Azərbaycan dövlətinin müstəqilliyini əbədi və sarsılmaz etmək uğrunda son nəfəsinədək göstərdiyi fədakarlıqlar Heydər Əliyevi xalqın Ümummilli liderinə çevirdi. Xalq 2003-cü ilin prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməklə Heydər Əliyev ideallarına sədaqətini nümayiş etdirdi.

İlham Əliyevin ilk dəfə prezident seçildiyi 2003-cü ildə ölkədə ictimai-siyasi və iqtisadi sabitlik nisbətən təmin olunmuşdu. Lakin inkişafdan danışmaq hələ də tez idi. Ölkəyə rəhbərlik etdiyi ilk 5 il ərzində İlham Əliyev seçki öncəsi bəyan etdiyi fəaliyyət proqramını artıqlaması ilə həyata keçirməyə müvəffəq oldu. Bir milyona yaxın qaçqın və məcburi köçkünlərin yaşadığı qaçqın düşərgələri ləğv olundu. Öz torpaqlarından didərgin düşmüş soydaşlarımız ölkənin müxtəlif bölgələrində nisbətən daha yaxşı şəraitdə məskunlaşdırıldı, 600 mindən çox yeni iş yeri yaradıldı. İlham Əliyev ölkənin daxili inkişaf imkanlarını səfərbər etdi, külli miqdarda xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunmasını təmin etdi, həyata keçirdiyi ardıcıl islahatlar nəticəsində davamlı iqtisadi inkişafa nail oldu. Nəticədə ümumdaxili məhsul istehsalının həcmi ildən-ilə artdı, ölkədə geniş miqyaslı abadlıq - quruculuq işlərinə start verildi. Bu siyasətin ardıcıllığı və dönnməzliyi ölkədə yoxsulluq səviyyəsinin azaldılmasına və əhalinin sosial rifah səviyyəsinin yüksəlişinə səbəb oldu. Dağılmış yolların, sınıq-salxaq körpülərin, divarları ovulub tökülən yaşayış binalarının, qəzalı vəziyyətdə fəaliyyət göstərən məktəblərin, xəstəxanaların, təsərrüfat, istehsal və xidmət obyektlərinin abadlaşdırılması və yenidən tikilməsi, bütövlükdə, ölkənin simasının kökündən dəyişilməsi bütün xalqın gözü qarşısında baş verən möcüzə təəssüratı yaradırdı.

Bu İntibah Azərbaycan dövlətinin və vətəndaşının birgə səyi nəticəsində baş tutdu. Bu İntibahın əsasında Azərbaycan liderinin – İlham Əliyevin yaradıcı zəkası, Azərbaycan vətəndaşının isə qurucu əməyi dayanırdı. Bu gün "dünyaya Günəş kimi doğan Azərbaycan" (Heydər Əliyev) məhz xalq - iqtidar vəhdətinin nəticəsi oldu. Azərbaycanda xalq və hakimiyyət vəhdətinin yeni və daha məhsuldar epoxası da məhz bu dövrdən başladı.

Prezident İlham Əliyev cəmiyyətdə vətəndaş həmrəyliyinin bərqərar olmasına, müstəqilliyimizin, ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə və beynəlxalq arenada milli maraqlarımızın qətiyyətlə qorunmasına nail oldu.

Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, milli məqsədlərə xidmət edən və praqmatik realizmə söykənən mütərəqqi siyasi fəaliyyət nümunəsi gətirdi. İlham Əliyev öz şəxsi nümunəsi ilə cəmiyyətimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı və milli siyasi etika nümunəsi təqdim etdi.

O Heydər Əliyevin siyasi kursunu yeni keyfiyyətlərlə zənginləşdirmək, heç kimin proqnozlaşdıra bilmədiyi bir novatorluqla davam etdirmək, müasir dünyanın siyasi mədəniyyətində "öz üslubunu" yaratmaq bacarığını ortaya qoydu. İqtisadi böhranın bütün dünyanı çulğadığı bir zamanda milli dövlətimizin tərəqqiyə qovuşması, ölkə miqyasında bu inkişaf tendensiyasının davamlılığı Azərbaycanı beynəlxalq arenada önəmli bir dövlətə – qlobal siyasətdə söz sahibinə çevirdi.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirildi, dövrün çağırışlarına uyğun olaraq daha da təkmilləşdirildi və bu prosesdə ölkəmizin güclü enerji infrastrukturu təşəkkül tapdı, onun qlobal əhəmiyyəti daha da artdı. Azərbaycan Avropanın yeganə alternativ enerji təchizatçısına çevrildi. Nəticədə, ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların icrası təmin edildi. Həmin illərdən başlayaraq bu günədək ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır.

2008-ci ildə başlamış qlobal iqtisadi böhran bütün ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzülə səbəb olduğu halda həmin illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatı kimi tanındı. Həmin illərdə 10-12% illik iqtisadi artım qeydə alınmışdı. Elə həmin illərdə Azərbaycan ilk kosmik peykini fəzaya göndərməklə, kosmik dövlətlər klubunun üzvünə çevrildi.

Dünya Bankının hesablamalarına görə, son 20 ildə Azərbaycanın Ümumdaxili məhsulu 4 dəfə artıb və 2022-ci ildə Azərbaycan yüksək orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 ildə orta aylıq əmək haqqı dollar ifadəsində 7 dəfə artıb ki, bu da dünya ölkələrinin təcrübəsində nadir hadisə hesab olunur.

İlham Əliyevin həyata keçirdiyi şəffaf, dəqiq hesablamalara əsaslanan və diqqətlə düşünülmüş siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu xeyli yüksəldi, dünyanın aparıcı dövlətləri tərəfindən əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi tanındı, onlarla inkişaf etmiş dövlətlərin strateji tərəfdaşına çevrildi. Dünya ölkələri İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edən Azərbaycanı müasir dövlət quruculuğunun yeni nümunəsi kimi tanıdılar və qəbul etdilər. Ölkəmiz getdikcə daha çox beynəlxalq səviyyədə diqqət mərkəzinə gəlməyə başladı. Azərbaycan Beynəlxalq Humanitar Forum, Mədəniyyətlər arası Dialoq, 1-ci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1, Eurovision və s. kimi qlobal tədbirlərin keçirildiyi məkana çevrildi.

Azərbaycanın öz geo-strateji mövqeyindən maksimum səviyyədə səmərəli faydalanması üçün Prezident İlham Əliyev öz ölkəsini Avrasiya miqyaslı siyasi-iqtisadi hadisələrin mərkəzinə gətirən iri miqyaslı iqtisadi layihələrin təşəbbüskarı oldu. Müstəqil iqtisadi siyasət yürüdən bir ölkə kimi Azərbaycan Respublikası bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış etdi. "Yeni enerji strategiyası"na uyğun olaraq Azərbaycanın enerji potensialının dünya bazarlarına çıxarılması istiqamətində bir sıra uğurlu layihələr həyata keçirildi. Hazırda Azərbaycanın enerji resursları Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri, eləcə də Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində tikilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP (Trans-Anatolian Natural Gas Pipeline) və TAP (Trans Adriatic Pipeline) qaz boru kəmərləri vasitəsilə Avropa bazarlarına nəql olunmaqdadır.

İlham Əliyevin prezidentliyi illərində Azərbaycan əsas nəqliyyat və logistika marşrutlarının qovşağına çevrilərək həm Şərqlə Qərb və həm də Şimalla Cənub arasında körpüyə çevrildi. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal layihələr bütün Avrasiya məkanında qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına şərait yaratdı. Bütün bunlar Prezident İlham Əliyevin şəxsi rəhbərliyi ilə onun yaxşı düşünülmüş və uğurla həyata keçirdiyi siyasət sayəsində əldə edildi.

Son 20 ildə Azərbaycan beynəlxalq siyasət sahəsində də möhtəşəm uğurlar əldə edib. 90-cı illərdə, hətta 2000-ci illərin əvvəllərində böyük dövlətlər, beynəlxalq güc mərkəzləri ərazilərimizin işğalına göz yummaqla Azərbaycanın maraqlarını nəzərə almaq istəmirdilər. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunduğu halda, işğalçıya qarşı deyil, məhz ölkəmizə qarşı sanksiyalar tətbiq edilirdi. 1993-cü ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək Aktı"na edilmiş 907-ci Düzəlişə görə Azərbaycan ABŞ-ın maliyyə dəstəyindən məhrum edilmişdi. Azərbaycana maliyyə dəstəyindən imtina edən ABŞ ölkəmiz ərazisində qeyri-qanuni olaraq yaradılmış separatçı quruma müntəzəm olaraq maliyyə dəstəyi göstərirdi. Bu kimi hallar işğal olunmuş torpaqların azad edilməsi perspektivlərini şübhə altına qoyurdu. Buna baxmayaraq Qarabağın işğaldan azad edilməsi hər zaman İlham Əliyevin apardığı daxili və xarici siyasətdə əsas prioritet olaraq qalırdı. Məhz onun davamlı səyləri və siyasi məharəti sayəsində Azərbaycan dövləti beynəlxalq səviyyədə ölkəmizin ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasına nail oldu, işğal olunmuş ərazilərimizin gələcəkdə azad olunmasına əsaslar yaradacaq çoxsaylı hüquqi sənədlər qəbul olundu.

İ.Əliyev 20 ildən az bir müddətdə hərb elminin və texnikanın ən son nailiyyətləri ilə təchiz edilmiş müasir ordu yaratmağa nail oldu. Nəhayət, 2020-ci ilin Vətən müharibəsində şanlı ordumuz Qarabağı və Şərqi Zəngəzuru 30 illik işğaldan azad etməklə üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi. 2020-ci ilin Vətən Müharibəsindəki qələbə xalqımızın son iki yüz illik tarixində qazanılmış ən böyük Zəfərdir. Bu möhtəşəm Qələbə İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi Azərbaycan xalqı qarşısında ən böyük və unudulmaz xidmətidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində xalq və dövlət olaraq son 20 il ərzində keçdiyimiz yol Azərbaycan tarixinin iqtisadi yüksəlişlə başlayıb tarixi Zəfərlə davam edən ən qüdrətli mərhələsidir.

Son 15 ildə Azərbaycan beynəlxalq münasibətlərin ən fəal iştirakçılarından birinə çevrilib: 2012-ci ildə 155 ölkənin dəstəyi ilə 2 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, 2019-cu ildən 2023-cü ilədək dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edib və nəhayət bu yaxınlarda COP-29 kimi tanınan İqlim Dəyişikliyi üzrə 29-cu Qlobal Konfransa uğurla ev sahibliyi edib.

Bu gün dinamik inkişaf edən ölkələrdən biri kimi Azərbaycan regional və qlobal problemlərin həllində fəal iştirak edir. Bütün suveren dövlətlərin qlobal idarəçilikdə bərabərhüquqlu iştirakı uğrunda mübarizə, dünyanın bəzi regionlarında hələ də mövcud olan neokolonializmin kökünün kəsilməsi, inkişaf etməmiş ölkələrə maliyyə dəstəyi, dünya miqyasında multikulturalizm ideyasının təbliği kimi qlobal əhəmiyyət daşıyan məsələlər hazırda Azərbaycan dövlətinin apardığı beynəlxalq siyasətin gündəmini təşkil edir. Bütün bunlar İlham Əliyevin dünya miqyasında Azərbaycan siyasətinə qazandırdığı etimadın və gücün göstəriciləridir.

Bu gün qlobal rəqabətin ən geniş meydanında Azərbaycan Respublikası Prezident İlham Əliyevin şəxsində layiqincə təmsil olunur. Qlobal siyasətin mütərəqqi tendensiyalarında Azərbaycan dövlətinin yer və rol alması şübhəsiz ki, Prezident İlham Əliyevin dünyanın aparıcı dövlətləri və tanınmış siyasi xadimləri tərəfindən dönə-dönə etiraf olunan uğurlu siyasətinin nəticəsidir. İlham Əliyev kimi dünya miqyaslı bir siyasətçinin ölkəmizə rəhbərlik etməsi isə xalqımız üçün böyük şərəfdir.

Cavanşir Feyziyev,  
Milli Məclisin deputatı




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ